İlham Əliyevin açıq diplomatiyası: Haqlı və güclü olanlar belə danışır
Tarixən belə olub: haqlı və güclü olanlar həmişə birmənalı danışar və açıq diplomatiyanı sevərlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən etdiyi çıxışı ilə həmişə olduğu kimi bunu bir daha təsdiq etdi.
Yenixeber.org: Prezidentin bütün millətimizə qürur hissi yaşatdığı, el dili ilə desək, “ürəyimizdən tikan çıxardığı” həmin çıxışında bu günümüz və gələcəyimizlə bağlı olan aşağıdakı xüsusları heç bir zaman unutmamağımızda fayda vardır.
Prezident İlham Əliyev bildirdi ki, 30 ilə yaxın davam edən münaqişəni Minsk qrupu deyil, Azərbaycan özü həll edib, buna güc yolu və siyasi vasitələrlə nail olub, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan Ermənistanı döyüş meydanında əzərək, işğalçını məğlubiyyətini etiraf etməyə və təslim hesab olunan bəyanatı imzalamağa məcbur edib. Azərbaycan ordusu döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın edib. Azərbaycan Ermənistan ordusunu, demək olar ki, erməni dövlətini məhv edib, cinayətkar rejimə son qoyub və erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını dağıdıb. Müharibənin əvvəlində planlaşdırdığına nail olan, işğal olunmuş bütün yeddi rayonunu qaytaran Azərbaycan dövləti və xalqı qələbə qazanıb, çünki haqq-ədalət və beynəlxalq hüquq onun tərəfində idi. Deməli, bundan sonra da Azərbaycan Respublikası dövləti daim haqlı və güclü olmalıdır.
Prezident bir daha bəyan etdi ki, Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur, davası işğalçılarla və cinayətkarlarladır. Ermənilər hazırda Azərbaycanın müxtəlif bölgələrində yaşadığı kimi, bundan sonra da təhlükəsizlik və ləyaqətli şəraitdə yaşaya bilərlər, onların güzəranları Azərbaycanın idarəçiliyi altında yaxşı olacaq. Deməli, Ermənistanın nicatı düşmənçilikdən, əsassız iddialardan əl çəkib, mehriban qonşu olmaqdan və Azərbaycanla əməkdaşlıqdan keçir.
Dövlət rəhbəri Naxçıvanın Azərbaycanın digər hissəsi ilə quru əlaqəsinin yaradılmasına siyasi yollarla nail olunmasını vacib tarixi nailiyyət kimi qiymətləndirdi. Bununla, yaxın gələcəkdə Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevriləcək.
Azərbaycan Respublikasının Prezidenti Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını açıq şəkildə söyləyərək bildirdi ki, münaqişəni Azərbaycan hərbi-siyasi vasitələrlə həll edib, həmsədrlərin, bəzi ölkələrin rəhbərlərinin, eləcə də yüksək rütbəli rəsmilərinin dediyi “münaqişənin hərbi həlli yoxdur” fikrinin doğru olmadığını sübut edib və haqlı olduğunu göstərib. Bir çox siyasətçilər belə hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun saxlanılmasından keçir, lakin Azərbaycan status-kvonun güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının əzmkarlığı, həmrəyliyi, hökumətinin iradəsi, əsgərinin müzəffərliyi sayəsində dəyişdirib. Ermənistanın hərb meydanında başı əzilməsəydi, təslim aktına könüllü imza atmayacaqdı, İrəvanı bu bəyanatı imzalamağa Minsk qrupu deyil, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin məcbur ediblər. Prezident V.Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı. Yəni, Azərbaycan ordusunun müzəffər yürüşü davam edər və dünya siyasi xəritəsində dəyişiklik baş verərdi.
Prezident İlham Əliyev Ermənistan rəhbərlərinin müharibə caniləri olduğunu deyərək, Gəncənin ballistik raketlə atəşə tutulmasını, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalmasını, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı hərbi cinayətlər olaraq qiymətləndirdi, Ermənistanın keçmiş rəhbərləri olan Sarkisyan və Köçəryanı hərbi cinayətkarlar adlandırdı. Bildirdi ki, bu hərbi cinayətlər hazırda sənədləşdirilir və Azərbaycan şəhərlərinə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başladılıb, beynəlxalq tərəfdaşlarla birlikdə mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və zəruri addımlar atılacaq, yəni, təzminat davası açılacaq. Təzminat davası təkcə bu gün üçün deyil, gələcək üçün də lazımdır.
Dövlət başçısı Ermənistanda faşizmin yenidən baş qaldırması cəhdlərinə də birmənalı münasibət bildirərək vurğuladı ki, əgər belə olarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə İrəvan çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasın, əks-təqdirdə bu dəfə Azərbaycan onları tamamilə darmadağın edəcək.
Dövlət başçısı bildirdi ki, beynəlxalq ictimaiyyət də gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamamasına dair Ermənistana birbaşa mesaj verməlidir, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək.

Musa Qasımlı,
millət vəkili
millət vəkili