Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İflas edən Minsk Qrupu və dəyişməyən Amerika-ANALİZ

                   Tramp hökuməti Cənubi Qafqaza diqqət ayırmadı, Bayden nə edəcək?

Yenixeber.org: Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə ATƏT-in Minsk Qrupunun iflası ilə nəticələndi. Fəlaliyyətdə olduğu 28 ildə heç bir səmərə verməyən vasitəçilik institutu hərbi əməliyyatlar zamanı prosesə effektiv təsir göstərə bilmədi. Hazırda Qarabağ münaqişəsi ilə bağlı tamamilə yeni situasiya yaranıb, onun əsas elementlərindən bir də elə Minsk Qrupunun formal mexanizmə çevrilməsidir.

Vasitəçilərdən Rusiya hazırda regionda mövqeyini daha da gücləndirib, Dağlıq Qarabağa sülhməramlı adı ilə öz ordusunu yerləşdirib və orada öz idarəetmə strukturları formalaşdırmaqla məşğuldur. Prezident Putin işarə etdi ki, Moskvanın bu səylərinə mane olmaq cəhdləri Rusiyanın Cənubi Osetiyada olduğu kimi, separatçıları tanımasına gətirib çıxara bilər.

Müharibə boyu Ermənistana dəstək ifadə etməklə vasitəçi kimi tərəfsizliyini itirmiş Fransa isə İrəvana siyasi dəstəyini davam etdirir. Yada salaq ki, Rusiya və ABŞ-dan fərqli olaraq, rəsmi Paris atəşkəs üçün ciddi təşəbbüs göstərmədi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada, Vaşinqtonda və Çenevrədə Qarabağla bağlı müzakirələrə qatılsalar da, Paris belə bir toplantıya təşəbbüs etmədi. İndi isə Fransa Senatına 5 fraksiya rəhbərinin imzası ilə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqla bağlı sənəd təqdim olunub. Bu ölkədə güclü olan erməni lobbisi müharibədə uduzlaraq əldən verilmiş mövqeləri müxtəlif yollarla kompensasiya etməyə çalışır. Göründüyü kimi, onlar asanlıqla Fransa hökuməti və parlamenti üzərində təsir imkanı əldə edə bilirlər. İndiki mərhələdə ermənilərin məqsədlərinə çatacağı inandırıcı deyil. Beynəlxalq hüquq, Fransanın hələ üzərindən atmadığı vasitəçilik missiyası absurd təklifin reallaşdırılmasına imkan vermir.  Amma bunun ilk və son cəhd olacağını da söyləmək doğru olmazdı.

Qarabağda müharibənin ABŞ-da prezident seçkiləri kampaniyasının qaynar dövrünə təsadüf etməsi Vaşinqtonu proseslərdən bir qədər kənarda qoydu. Tək seçki amili deyil, Tramp hakimiyyəti ümumiyyətlə, Cənubi Qafqaza və postsovet məkanına az diqqət ayırdı. Ötən 4 ildə ancaq Gürcüstan və Ukraynaya müəyyən diqqət yetirilib, o da əsasən Konqres və Pentaqon xətti ilə. ABŞ hökumətinin və Konqresin müharibəyə reaksiyasını ümumən məqbul saymaq olar, çünki erməni lobbisinin güclü olduğu bu ölkədən Bakıya ciddi təzyiqlər edilmədi. Bir neçə dəfə Konqresin Nümayəndələr Palatasına Azərbaycana qarşı sanksiya çağırışları yer alan layihələr təqdim olunsa da, bunlar müvafiq komitələrdən keçmədi. Beləliklə, Ermənistanın Vaşinqtondan gözləntiləri özünü doğrultmadı və bu, İrəvanın Azərbaycanı beynəlxalq təcrid təhdidi ilə hərbi əməliyyatları dayandırmağa məcbur etmək niyyətini puça çıxardı.

ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında Vaşinqtonun regiona yönəlik siyasətinin əsas konturları göstərilir. Pompeo ölkəsinin Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışladığını bəyan edib. O bildirib ki, ABŞ Dağlıq Qarabağla bağlı humanitar fövqəladə vəziyyətə cavab tədbiri olaraq yeni yardım elan edir:

“Döyüşlərə son qoymaq Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq üçün yalnız ilk addımdır. Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə və bərabər hüquqlar prinsiplərinə əsaslanan davamlı siyasi həll yolu tapması üçün tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə ən qısa zamanda yenidən əlaqə qurmağa çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ bu səylərdə tam olaraq iştirak edir”.

Beləliklə, ABŞ Qarabağla bağlı əvvəlki mövqeyini dəyişməyib, bəyanatda Vaşinqtonun bölgədəki yeni status-kvoya uyğun yanaşması mövcud deyil. Məsələn, Minsk formatının faktiki, iflasa uğramasına baxmayaraq, Pompeo tərəfləri vasitəçilərlə yenidən əlaqə qurmağa çağırır. Hansı ki həmin vasitəçilərdən biri Rusiya Dağlıq Qarabağa sülhməramlı missiya adı altında hərbi birləşmələr gətirib. Bu, yeni reallıqlar yaradıb, amma ABŞ dövlət katibi bundan bəhs etməyi “unudub”.

Pompeonun münaqişənin güc tətbiq etməmə və öz müqəddaratını təyinetmə prinsipi ilə həlli barədə söylədikləri də yumşaq desək, əhəmiyyətini itirib. Güc artıq tətbiq edilib, Azərbaycan işğalda olan ərazilərin böyük hissəsini geri alıb. Bakı separatçı ermənilərə hər hansı status verilməyəcəyini bildirir. Rusiya isə münaqişə tərəflərinə “yumşaq güc” tətbiq edərək bölgədə hərbi iştirakını təmin edib.

M.Pompeo hazırda Yaxın Şərq ölkələrinə vida turnesini davam etdirir. Bundan əvvəl o Türkiyəyə, daha sonra Gürcüstana səfər etmişdi. Dövlət katibi Ankarada ölkə rəsmiləri ilə görüşməməyə, ancaq xristian din xadimləri ilə vidalaşmağa üstünlük verdi. Və bununla Vaşinqtonun mənfi münasibətini Ərdoğan hakimiyyətinə çatdırdı.

Qeyd etdiyimiz kimi, Tramp administrasiyası hakimiyyətdə olduğu 4 il ərzində Cənubi Qafqaza diqqət ayırmayıb, ancaq Gürcüstanla əməkdaşlıqla kifayətlənib. Pompeonun yalnız Tiflisə gəlməsi də bu siyasətin təzahürü idi. Məntiqlə ABŞ rəsmisinin müharibədən çıxmış, Rusiyanın təsiri daha da güclənmiş Azərbaycanı və Ermənistanı ziyarət etməsi Vaşinqtonun bu ölkələri unutmadığının və regionda öz maraqlarını qorumağa qərarlı olduğunun əlaməti sayıla bilərdi.

Əlbəttə, Mayk Pompeo artıq ABŞ-da hakimiyyətdən getmək ərəfəsində olan respublikaçıların nümayəndəsidir. Yanvarda Ağ Evdə demokrat prezident Co Bayden əyləşəcək. Yeni iqtidarın Cənubi Qafqaza yönəlik siyasətinin nədən ibarət olacağını isə proqnozlaşdırmaq çətindir. Hər halda, Baydenin Rusiya təhlükəsini prioritet elan etməsi Moskvanın imperiya ambisiyalarından əziyyət çəkən bütün xalqların maraqlarına cavab verir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam