Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Rusiyanın siyasəti Azərbaycanı seçim qarşısında qoyur-ANALİZ

 

      İşğalçıya dəstək davam etdiriləcəksə, Bakı xarici siyasətinə ciddi korrektələr edə bilər

Yenixeber.org: Böyük Britaniya parlamentinin iqtidardakı Mühafizəkarlar Partiyasından olan üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekman “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Qarabağ münaqişəsinin həlli üçün Rusiyaya beynəlxalq təzyiq artmalıdır:

“Reallıq budur ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası və bu ölkə üzərində böyük təsir gücü var. Ona görə də, təzyiqin böyük hissəsi Rusiyaya olmalıdır. Bu, Azərbaycan torpaqlarının geri qaytarılmasını asanlaşdırardı. Ermənistana zəmanət verən Rusiyadır. Onlar Ermənistana təzyiq edib, deməlidirlər ki, yetər artıq, Qarabağı Azərbaycana qaytarmağın zamanıdır”.

Qarabağ münaqişəsi ətrafında proseslərin gedişi göstərir ki, yaxın gələcəkdə britaniyalı deputatın qaldırdğı məsələ Azərbaycanın xarici siyasətinin prioritetlərindən birinə çevrilə bilər. Rusiya Minsk Qrupunun üzvü olsa da, hazırda Ermənistana hərbi dəstək verən yeganə ölkədir. Rəsmi Moskvanın tutduğu mövqe vasitəçi mandatına, beynəlxalq hüquqa və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə ziddir. Rusiyanın bu gün münaqişəyə açıq hərbi müdaxilə etməməsi, rəhbər şəxslərin bəzi balanslı açıqlamaları Moskvanın ədalətli yanaşmasının təzahürü hesab edilə bilməz. Kreml lap əvvəldən Ermənistanı birmənalı şəkildə dəstəkləyib, silahlandırıb, 27 illik status-kvonun pozulmamasına şərait yaradıb. Bu müddətdə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində möhkəmləndirilmiş müdafiə xətləri qurub, ordusunu Rusiya istehsallı müasir silahlarla, zirehli texnika ilə təmin edib. Döyüşlər zamanı onların malik olduğu hərbi arsenalın həcmi yerli və xarici müşahidəçilərdə təəccüb doğurub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarında və yaydığı videolarda yüzlərlə tank, top, zenit qurğuları, reaktiv atəş sistemləri, ballistik raketlər, minaatanlar, anti-tank sistemləri və s. çoxsaylı döyüş texnikalarının sıradan çıxarıldığı göstərilir. Lakin hər gün Rusiyadan İrəvana bir neçə təyyarə dolu silah-sursat və digər hərbi təyinatlı yüklər gətirilir. Bütün bu dəstək Ermənistan ordusunun ayaqda durmasına, müqaviməti davam etdirməsinə yönəlib.

Rusiya təkcə hərbi sahədə deyil, diplomatik-siyasi müstəvidə də Ermənistana dəstək olmağa çalışır. İrəvanın işğalçılıq siyasəti, apardığı müharibə tamamilə beynəlxalq hüquqa ziddir. Bu, regionda çox ciddi risklərə yol aça, humanitar böhran yarada bilər. Rusiya rəhbərliyi Ermənistanın təcavüzkar mövqeyini bir dəfə də olsun, pisləməyib. Britaniyalı deputatın ifadə etdiyi kimi, Moskvanın Ermənistana real təzyiq imkanları olduğu halda, bu rıçaqlardan istifadə olunmayıb. Əksinə, Moskva işğalçının daha da güclənib, ayaqda qalmasına yardım edib. Ötən günlərdə Ermənistan məhz müttəfqindən əldə etdiyi ballistik raketlərlə Gəncə, Bərdə, Goranboy, Tərtər, Mingəçevir şəhərlərinə zərbələr endirib. Nəticədə 100-ə yaxın dinc sakin həyatını itirib. Rusiya hələ də bu hərbi cinayəti açıq şəkildə pisləməyib, Ermənistan rəhbərliyini törətdiyi insanlıq əleyhinə cinayətlərdən çəkinməyə çağırmayıb.

Rəsmi Moskvanın davam edən müharibə ilə bağlı siyasəti aydındır:  Azərbaycan hərbi əməliyyatları dayandırmalıdır, bölgəyə Rusiya sülhməramlıları gətirilməlidir, Türkiyənin regiondakı aktivliyinə son qoyulmalıdır. Moskva üçün daha yaxşı olar ki, münaqişə yenidən dondurulmuş vəziyyətə qaytarılsın və onun hər iki ölkəyə ənənəvi təzyiq rıçaqları bərpa olunsun. Mümkün olmasa, problem elə həll olunsun ki, Dağlıq Qarabağ xüsusi statusla Azərbaycanın içində erməni anklavı kimi qalsın.

Rusiya maraqlarını gerçəkləşdirmək üçün Azərbaycana təzyiqlər edir. Bu cəhdlərdən biri də guya Azərbaycan tərəfində suriyalı muzdluların döyüşməsi barədə ortaya atılan əsassız  iddialardır. Rusiya rəsmilərinin bu barədə tez-tez danışmağa başlaması, Ermənistan tərəfindən döyüşlərə qatılan PKK terrorçuları və digər muzdlular barədə susması da Moskvanın ədalətsiz mövqeyindən xəbər verir. Azərbaycan ən yüksək səviyyədə bu iddiaları yalanlayıb və qınayıb. Prezident İlham Əliyev dəfələrlə Rusiyanı vasitəçi mandatına hörmət etməyə, Ermənistanı pulsuz silahlarla təmin etməyi dayandırmağa, münaqişənin həllində ədalətli mövqe tutmağa çağırıb.

Azərbaycan müstəqillik tarixində həmişə Rusiyaya böyük qonşu kimi hörmət nümayiş etdirib, regionda maraqlarını balanslaşdırıb, Moskvanı qıcıqlandıracaq heç bir hərəkətə imkan verməyib. Amma ən həssas məqamda tərəfdaşlıq münasibətlərinə uyğun olmayan mövqe ilə qarşılaşıb. Bu siyasətin davam edəcəyi təqdirdə, rəsmi Bakı xarici siyasətində ciddi korrektələr edə bilər. Məsələn, britaniyalı parlamentar Bob Blekmanın dediyi kimi, beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı təzyiq siyasətinə Bakının dəstək verməsi mümkündür. Yəni Ukrayna və Gürcüstanın etdiyi kimi, Azərbaycan da işğalın arxasında Rusiyanın dayandığını bəyan edər. Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin Qərb çevrələrində dəstəklənməməsinin səbəblərindən biri bəlkə də Bakının Rusiyanın siyasəti barədə açıq danışmaması olub. Azərbaycan rəhbərliyinin indiyədək ölkədə Türkiyənin daimi hərbi mövcudiyyəti barədə qərar verməkdən çəkinməsi də Rusiyanın maraqlarına hörmətdən qaynaqlanıb. Amma hazırkı həlledici mərhələdə Rusiya işğalçını ayaqda tutmaq cəhdlərini davam etdirərsə, Bakının fərqli qərar verməsi mümkündür.(pressklub)

P.S. Fotoda: Böyük Britaniyanın baş naziri, mühafizəkarların lideri Boris Conson və Bob Blekman.

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam