Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənistanı hərbi cinayətlərə sövq edən səbəblər-ANALİZ

 

Müharibədə məğlubiyyət təkcə Qarabağın əldən çıxması ilə məhdudlaşmayacaq, bu ölkənin gələcəyini də sual altında qoyacaq

Yenixeber.org: Bərdə şəhərinin son iki gündə ikinci dəfə “Smerç” raketləri ilə atəşə tutulması nəticəsində həlak olanların sayı 21-ə çatıb, yaralanan dinc sakinlər isə 70 nəfərdən artıqdır. Ermənistanın baş naziri Nikol Paşinyan bir gün əvvəl xalqa müraciətində bu hücumları anons etmişdi: “Bir ay ərzində onlar bizə hücum etdilər. Qarabağ yaralandı, amma sağ qaldı. Qarabağ erməniləri, bütün ermənilər Qarabağ uğrunda sona qədər mübarizə aparacaqlar. Hər bir əks hücum düşmən üçün dağıdıcı olacaq”.

Ermənistanın döyüş meydanında məğlubiyyət seriyası davam edir. Bu gün prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilmiş daha 13 kəndinin adını açıqlayıb. Erməni mənbələrinin yaydığı məlumatlara görə, Azərbaycanın ordu birləşmələri Xocavənd rayonu ərazisində və Laçın dəhlizini nəzarət altına almaq istiqamətində əməliyyat aparır.

Ermənistanın Azərbaycan şəhərlərini raketlə atəşə tutmasının arxasında bir neçə məqsəd dayanır:

Döyüş meydanındakı biabırçı məğlubiyyətdən diqqəti dayandırmaq, ordunu və cəmiyyəti ağuşuna almış məğlubiyyət sindromunu yumşaltmaq;

-Azərbaycan xalqındakı mübarizə əzmini qırmaq, cəmiyyəti qorxutmaq, hökumətə hərbi əməliyyatları davam etdirmək üçün verilən birmənalı dəstəyi azaltmaq.

Dinc əhalini birbaşa hədəfə almaq ağır hərbi cinayətdir. Kiçik Ermənistan dünyanın gözü qarşısında bu cinayətə al atmaqdan niyə çəkinmir? Beynəlxalq təcrübədə belə əmrlər verən liderlərin faciəli aqibəti erməni rəhbərliyini niyə qorxutmur?

Müharibədə məğlubiyyət Ermənistan üçün təkcə Qarabağın itirilməsi deyil, “Böyük Ermənistan” xülyasının birdəfəlik dəfn olunması deməkdir. Müharibədən sonra erməni cəmiyyətini böyük depressiya, ağır iqtisadi, siyasi böhranlar gözləyir. Ermənistan daha sürətlə boşalacaq, əli yer tutan ölkədən miqrasiya edəcək ki, bu da dövlətin mövcudluğunu sual altında qoyacaq.

Türkiyənin regionda möhkəmlənməsi, Azərbaycanla dərin iqtisadi, siyasi, hərbi əlaqələr qurması da Ermənistanın deqradasiyasını sürətləndirəcək. İşğalçı siyasət onsuz da ölkəni Azərbaycanın regionda gerçəkləşdirdiyi böyük layihələrdən kənarda qoyub. Ermənistan diaspor yardımlarına, Rusiyada çalışan miqrantların göndərdiyi vəsaitlərə möhtac qalıb. Böyük məğlubiyyətin ardınca sürətlə bu kiçik imkanlar da erməni cəmiyyətinin əlindən çıxacaq.

Bir məqamı da vurğulayaq ki, müharibənin uduzulması Dağlıq Qarabağa, ətraf rayonların bəzilərinə yatırılmış investisiyaların tamamilə boşa çıxması deməkdir. Ermənistan müxtəlif mənbələrdən bu bölgənin Azərbaycandan müdafiəsinə və təbii resurslarını istismar etməyə, məskunlaşdırma aparmağa böyük vəsaitlər sərf edib. İndi bunlar hamısı havaya sovruldu, bundan sonra bərpası da qeyri-mümkündür.

Təsvir olunan perspektivi Ermənistan rəhbərliyi və onu dəstəkləyən böyük dövlətlər, erməni lobbisi yaxşı başa düşür. Ona görə, nə qədər gec deyil, Azərbaycanı hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün müxtəlif təzyiqlərə əl atırlar. Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində bu barədə ətraflı məlumat verib. Dövlət başçısı konkret olaraq, Rusiyanı vasitəçi olmasına rəğmən Ermənistanı dayanmadan silahlandırmaqda qınayıb. Eyni zamanda, vasitəçi ölkələrdən Fransanın, ABŞ-ın təcavüzkar dövlətin əməllərinə qiymət verməməsini, ona siyasi dəstək olmasını da tənqid edib.

Ermənistanı hərbi cinayətlər törətməyə ruhlandıran bu dəstəkdir, cəzasızlıq mühitidir. Paşinyanı əmin ediblər ki, Azərbaycanı dayandırmaq üçün hər şeyi edəcəklər. Onun nəhəng hərbi itkilərə baxmayaraq, dirənməsi də yalnız kənardan gələn dəstəklə bağlıdır. Daxildə bütün resurslar tükənib, əhali müharibədə qələbəyə inanmır, gənclər ordudan qaçır, cəbhədə fərarilik baş alıb gedir. Yeganə ümid Rusiyanın, Fransanın və başqa ölkələrin aşkar-gizli yardımlarına, siyasi dəstəyinə və Azərbaycana qarşı təzyiq mexanizmlərinin işə düşməsinədir.

                                                Azərbaycan dayanacaqmı?

Xalqdan birmənalı dəstək alan ölkə rəhbərliyinin qətiyyətli reaksiyası hərbi əməliyyatların davam etdiriləcəyini göstərir. Türkiyə də bütün imkanlarla öz müttəfiqinə dəstək olacağını bəyan edib. Prezident Ərdoğanın, müdafiə naziri Hulusi Akarın bugünkü bəyanatlarında bu dəstək bir daha ifadə olunub. Bu gün ən optimal çıxış yolu diz çökməkdə olan erməni ordusunu axıra qədər darmadağın edib, ölkənin ərazi bütövlüyünü, suverenliyini bərpa etməkdir. Çətindir, amma mümkündür, çünki döyüş meydanında əsas işin çoxu görülüb. Xarici təzyiqlərə, düşmənin hərbi cinayətlərinə davam gətirib, sona qədər getmək lazımdır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam