Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” –Paşinyandan SENSASİON AÇIQLAMALAR

 

Ermənistan baş naziri Nikol Paşinyan Qafanda mətbuat konfransı keçirib.

Yenixeber.org: O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunub. Paşinyan Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını bölüşüb.

 

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Amma Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Tərəflər ATƏT yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən etməli idi. Həmin referendumun nətcəsi məcburi hüquqi önəmə malik olmalı və bütün beynəlxlaq prinsiplərə riayət etməli idi”- deyə Paşinyan açıqlayıb.

 

Nikol Paşinyan Qarabağ ətrafındakı 5 rayondan erməni birləşmələrinin çıxmasından sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini və bundan sonra azərbaycanlıların öz ev-eşiklərinə qayıtmalı olduğunu xatırladıb.

 

“Amma sülhməramlılar Laçın və Kəlbəcər rayonlarında yerləşməli deyildi. Kəlbəcər ATƏT-in müvəqqəti monitorinqi altında qalmalı idi. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi. Yayılan məlumatlarda bu sənədlərdən söhbət gedir. İndi bizi ittiham edirlər ki, biz bu irsi itirmişik”- deyə Paşinyan açıqlama verib.

 

 O, Ermənistanın həmin sənəd əsasında danışıqlara başlamağa hazır olacağı halda dünya birliyinin buna mane olmayacağını əlavə edib.

 

“İndi qoy, Qarabağda “prezidentliyə” namizəd olanlar mətnin onlar üçün məqbul olub-olmamasını desinlər? Qoy, Qarabağ xalqı, Ermənistan xalqı bu mətnin onlara məqbul olduğunu desinlər? Əgər Qarabağ xalqı bu sənədlərin danışıqlar üçün əsas olduğunu düşünürlərsə, əmin edirəm ki, anındaca danışıqlar masasında olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam