Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hitlerin iki qutu konservlə dəyişdirilən telefonu sonradan 243 min dollara satılıb – Müharibə qənimətləri

 


Yenixeber.org: Müharibədə əldə olunan qənimətlər arasında yəqin ki, ən dəyərlisi hərbi texnika, silah və sursatdır. Çünki düşmənə öz silahı ilə zərbə endirmək istər fiziki, istərsə də mənəvi baxımdan daha sarsıdıcı olur. Bu günlərdə Qarabağ cəbhələrində biz bunun bir daha şahidi oluruq. İşğalçı Ermənistan ordusundan əldə etdiyimiz hərbi qənimətlər elə onların özlərinə yönəlir.

Bütün müharibələrdə tərəflər bir-birlərindən qənaət əldə ediblər. Bu II dünya müharibəsində daha geniş miqyasda olub. Hətta qənaətlər hesabına SSRİ-də metallurgiya sahəsində böyük inkişaf müşahidə olunub.

Müharibə zamanı sovet qoşunları almanlardan ilk qənimətlərini 1941-ci ilin qışında Moskva uğrunda gedən döyüşlərdə əldə ediblər. Vermaxt qoşunlarının qoyub qaçdıqları alman istehsalı olan 12 tank əks-hücum zamanı almanların özlərinə qarşı istifadə olunub.

Hərbi qənimətlərin kifayət qədər çox olması, onların qeydiyyata alınması, təyinatı üzrə istifadəyə verilməsi, sovet ordusunun hərbi birləşmələri arasında bölünməsi məqsədi ilə SSRİ Dövlət Müdafiə Komitəsinin xüsusi qərarı olub. Qərara əsasən əldə olunan hərbi qənimətlərə nəzarət etmək üçün qənaət komissiyası və qənaət briqadaları yaradılıb. Mərkəzləşdirilmiş hərbi qənaət komissiyasına marşal Semyon Budyonnı rəhbərlik edib.

1943-cü ildə isə Dövlət Müdafiə Komitəsində Qənimət Komitəsi fəaliyyətə başlayıb ki, komitəyə rəhbərlik marşal Kliment Voroşilova həvalə edilib.

Sovet-alman müharibəsi zamanı SSRİ-nin almanlardan əldə etdikləri hərbi texnika, silah-sursat aşağıdakı sayda olub:

images.jpg (87 KB)

1. 24 612 zirehli hərbi texnika

2. 30 min minamyot

3. 257 min pulemyot

4. 3 milyon avtomat və tüfəng

5. 114 milyon mərmi

6. 68 min müxtəlif təyinatlı silah

7. 2 milyard güllə

8. 50 min nasist komandirlərinin xidməti avtomobilləri

загружено (1).jpg (64 KB)

Yararsız vəziyyətə düşmüş hərbi texnikalardan SSRİ 10 milyon ton metal əldə edib.

Dövrün hərbi ekspertlərinin bildirdiklərinə görə, sovet ordusunda xidmət edən hərbçilər alman istehsalı olan texnikalardan istifadəni qısa müddət ərzində mənimsəyiblər.

Qənimətlərin qeydiyyatı və onlara nəzarət ciddi şəkildə aparılıb. Dövlət Müdafiə Komitəsinin hər iclasında qənimətlərlə bağlı İosif Stalinə məruzə edilib. Marşal Kliment Voroşilov 1944-cü ilin sonunda Dövlət Müdafiə Komitəsinin iclasında aşağıdakıları bəyan edib:

“Məruzə edirəm ki, əldə etdiyimiz hərbi texnikalar ordumuzun hərbi birləşmələrinə təyinatı üzrə bölünür. Xüsusilə qeyd etmək istəyirəm ki, Ukrayna cəbhəsində, Şimal istiqamətində düşmənə qarşı aparılan hərbi əməliyyatlarda Vermaxt qoşunlarının silahları istifadə olunur və ordumuzun şəxsi heyəti bu silahlardan zövqlə istifadə edirlər. Bəyan etmək istəyirəm ki, işğaıçı Almaniya öz silahlarına təslim olacaq...”


1945-ci ildə, qələbədən sonra hərbi qənimətlərdən səmərəli istifadə olduğuna görə İosif Stalin Qənimət Komitəsinin sədri Kliment Voroşilovun xidmətlərini yüksək qiymətləndirib:

mauzer.jpg (61 KB)

“Marşal Voroşilovu düşmən silahları üzrə mütəxəssis kimi qiymətləndirmək olar. Məhz onun xidmətləri sayəsində qənimət briqadaları səmərəli fəaliyyət göstərib, ordumuzun arsenalı zənginləşub. Bu xidmətlərinə görə, mən Henrix Himmlerin səxsi silahını marşala hədiyyə edirəm...”

Müharibə qənimətlərinin arasında ən maraqlısı məğlub tərəfin birinci şəxsinin şəxsi əşyaları olub ki, bu əşyalar sonralar hərraclarda yüksək məbləğlərə satılıb.

Adolf Hitlerin istifadə etdiyi qırmızı rəngli “Siemens W38” telefonu sovet əsgərlərinin əlinə keçib. Əsgərlər fürerin telefonunu dəyərləndirə bilməyiblər, onu Britaniya hərbçiləri ilə iki qutu konservə dəyişiblər. Telefona sahib olan britaniyalı zabit Ralf Reyner uzun illər onu evində saxlayıb. Sonralar Reynerin oğlu 2017-ci ildə fürerin telefonunu 243 min dollara satıb.
Hitlerin iş masası amerikalıların əlinə küçib. 2011-ci ildə həmin masa 442 min dollara satılıb.

11101930.jpg (202 KB)

Fürerin qarajında olan 8 zirehli avtomobildən biri, zirehli “Mersedes” isə adı açıqlanmayan rus milyonçusu tərəfindən alınıb. Milyonçu bu avtomobilə 10 milyon dollar pul ödəyib.

Sözsüz ki, yaxın zamanlarda bizim də “maraqlı” qənimətlərimiz olacaq. Bəli, qələbə sevicli günlərimiz hələ qarşıdadır...

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam