Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan İsraildən radioelektron müharibə vasitələri alacaq

Azərbaycan İsraildən radioelektron müharibə vasitələri alacaq

İsrail Rusiyadan sonra Azərbaycanın dünya silah bazarındakı ikinci ən böyük tərəfdaşıdır. Bakı bundan sonra da İsraildən silah almağı davam etdirəcək və hətta məsələn, pilotsuz uçuş aparatları (PUA) və digər hərbi texnikanın birgə istehsalı da mümkündür
Yenixeber.org: Bu barədə Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Siniçın İsrailin “Detallar” analitik saytına müsahibəsində deyib. 

İsrailin müdafiə naziri Aviqdor Libermanın Bakıya səfərini şərh edən ekspertə görə, İsraillə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlıq mövzusu olduqca incə bir məsələdir. Bu səbəbdən də, Libermanın Azərbaycanda apardığı danışıqların mahiyyəti barədə hansısa informasiya sızıntısı gözləməyə ehtiyac yoxdur. 



Libermanın Bakıda təkcə prezident İlham Əliyevlə yox, həmçinin, Azərbaycanın müdafiə sisteminin demək olar ki, bütün rəhbərlərilə görüşlər keçirərək intensiv danışıqlar aparmasına və artıq 5 gündür Bakıda olmasına diqqət çəkən Siniçın hesab edir ki, İsraillə Azərbaycan yeni hərbi əməkdaşlıq mərhələsinə qədəm qoyurlar. Bu mənada, yaxın zamanda birgə silah istehsalına başlanılması mümkündür. 

Lakin ekspertin fikrincə, Libermanın bu dəfəki səfərində İsraildən radioelektron müharibələrdə istifadə olunan ən müasir vasitələrin alınmasına dair razılıq əldə oluna bilər: “Çünki Azərbaycan əsasən son son illər ərzində əldə etdiyi hərbi texnikalar sayəsində artıq ən müxtəlif və müasir silahlara malikdir. Bunlara xüsusən də, reaktiv yaylım atəşi sistemləri, hərbi aviasiya texnikası və hava hücumundan müdafiə sistemləri daxildir. Lakin zənnimcə, indi Azərbaycan öz ordusunu təzyiq vasitələri və radielektron müharibələrdə istifadə olunan ən müasir vasitələrlə, kəşfiyat və müşahidə, rabitə avadanlıqları ilə - bir sözlə, ən yüksək texnologiyalı hərbi məhsullarla təchiz etməkdə maraqlıdır. İstənilən halda, Azərbaycanın bu istəyi məntiqlidir.” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam