Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mehdiyevin dosyesi rəfə qaldırıldı?-ŞƏRH

 

Qoca akademik ölkədəki mövcud siyasi reallıqları qəbul etmiş kimi görünür, ölkə rəhbərliyi isə hazırda yeni cəbhənin açılmasında maraqlı deyil

Yenixeber.org: Akademik Ramiz Mehdiyev son aylar üzünə bağlı olan dövlət mediasında yenidən göründü. Kadrlarda o, AMEA-nın Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə tanış olmağa gələn prezidentin köməkçisi Anar Ələkbərovu qarşılayırdı. Məlumatda Anar Ələkbərovun həm də AMEA-nın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olmasından bəhs edilir.

Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, AMEA-nın məlumatında Anar Əlkbərovun sentyabr ayında iki dəfə akademiyaya baş çəkdiyi göstərilir: sentyabrın 7-də o, Rəyasət Heyətinin binasında, 17-də isə qurumun Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrində görülən işlərlə tanış olub. Rəsmi mediada isə ancaq son ziyarətdən xəbər verilib.

Əlbəttə, bu xəbər sıradan informasiya deyil, hakimiyyət daxilində cərəyan edən proseslərə müəyyən qədər aydınlıq gətirir. Nəvəsinin karantin rejimindəki toyundan sonra kürəkəni inzibati qaydada həbs edilən, özü ictimai rəydə linç olunan Ramiz Mehdiyevin siyasi taleyi ilə bağlı bədbin proqnozlara rəğmən, fərqli mənzərə ilə qarşılaşırıq.

AMEA-nın rəsmi internet saytında 4 məqalə ilə çıxış edərək hakimiyyətin siyasətini tənqid edən, özünə qarşı təzyiqləri qınayan Mehdiyev, cəmiyyətin marağını öz pesonasına cəmləyə bilsə də, parlaq nəticə əldə edə bilməmişdi. Görünür, bundan sonra tənqidçilərinə ünvanladığı “əməllərini açıqlasam, ölkədən baş götürüb qaçarlar” hədəsini səsləndirməyə ehtiyac gördü. Yarıtəkzib olunan bu açıqlamadan sonra Mehdiyev silsilə məqalələrinə ara verib, elə ona qarşı ittihamlar da səngiyib.

Müşahidəçilərə görə, hakim komandadan uzaqlaşdırılan Mehdiyev müqavimət göstərməklə əlindəki inzibati, siyasi və maddi resursları qorumağa çalşır. Məqalələrində qabarıq görünən tezislərlə o, indiki hakimiyyətin qurucularından biri olduğunu dönə-dönə vurğulayır və xüsusi imtiyazları haqq etdiyini diqqətə çatdırır. Amma yeni siyasi konfiqurasiyaya keçid elan edən ali rəhbərlik öz üzərinə onun bədheybət kölgəsinin düşməsini istəmir. Onların baxışına görə, R.Mehdiyev iddialarından əl çəkməli, onun üçün cızılan dairədə ömrünün ahıl çağlarını yaşamaqda davam etməlidir.

Anar Ələkbərovun ziyarətindən bəlkə də uzağagedən siyasi nəticələr çıxarmağa dəyməz, amma bu fakt, hər halda, ziddiyyətlərin qismən yumşaldığına, bu mərhələ üçün optimal çıxış yolunun tapıldığna işarədir. Əvvala, prezident və birinci vitse-prezidentin AMEA-ya gəlməməsi Mehdiyevə olan münasibəti göstərir. Akademikin hədə-qorxu dolu açıqlamalarından sonra belə ziyarətin olacağını düşünmək sadəlövlük olardı. O, dirəniş göstərməklə ən yuxarıda özünə olan etimadı və hörməti itirib. Mehdiyev bunun fərqindədir və gedişatın daha təhlükəli hala gəlməməsi üçün geri çəkilib, yaxud ən azı taym-aut götürüb. Bunu prezidentin köməkçisi ilə görüşdən verilən informasiyanın mətnində də görmək mümkündür:

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə ətraflı məlumat verib. Ramiz Mehdiyev bu gün akademiyada aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirib. Qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin iş şəraitinin, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atılır…”

Bu sətirlərdən görünür ki, Mehdiyev məqalələrində sərt tənqid etdiyi, “hazıra nazir” adlandırdığı kadrlardan biri olan Anar Əlkbərova görülən işlər barədə hesabat verməyə özündə güc tapa bilib. Bunu əvvəllər təsəvvür etmək belə çətin idi, çünki Mehdiyev özünü hakimiyyətin qurucuları ilə bir sırada görürdü. Cəhdlərinə baxmayaraq, bu yüksək imtiyazı saxlamaq mümkün olmadı, o, yeni vəzifəsinin müəyyən etdiyi dairədən kənara çıxmamağın və siyasi ierarxiyanın qaydalarına hörmət etməyin əhəmiyyətini başa düşdü.

Beləliklə, akademik siyasi reallıqları qəbul etdiyini göstərməyə ehtiyac duydu və bunu 1-ci vitse-prezidentin akademiyadakı təmir və yenidənqurma işlərində rolunu yüksək qiymətləndirməklə ifadə etdi.

Ehtimal etmək olar ki, bundan sonra Ramiz Mehdiyev siyasi çıxışlarına ara verəcək, tənqidi məqalələrini dayandıracaq. Əslində bu, onun üçün məqbul variantdır. Çünki Mehdiyev hücumlara məruz qalsa da, başqa həmkarları kimi əzilib sıradan çıxarılmadı. O, iddialarını kənara qoymaqla müəyyən imtiyazlarını, vəziflərini hələlik əlində saxlaya bildi. Bu ”naliyyəti” təkcə onun mübarizəsinin nəticəsi hesab etmək olmaz. Görünür, ali rəhbərlik ölkədəki hazırki  gərgin situasiyanı nəzərə alıb. Daxildən və xaricdən siyasi təzyiqlər, pandemiyanın yaratdığı sosial çətinliklərdən yaranan ab-hava iqtidarı ehtiyatlı olmağa sövq edir. Bu şəraitdə yeni cəbhə açmaq riskli olardı. Ona görə də Ramiz Mehdiyevin dosyesi hələlik masadan rəfə qaldırılır…(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam