Azərbaycanda məmur sayqısızlığının anatomiyası-PROBLEM
Bir çox məmurlar Prezidentin qəralarını, sərəncamlarını, fərmanlarını, göstərişlərini qulaq ardına vurmaqda davam edirlər.
Biz sıravi vətəndaşlar olaraq gözləyirik. Ancaq "aidiyyatı qurumlar" Azərbaycanın tərəqqisi naminə gözləməməlidirlər...
Yenixeber.org: İqtisadi inkişafın dövlət səviyyəsində dəstəklənməsi, bu sahədə həyata keçirilən tədbirlər koronovirus pandemiyasının ölkəmizin iqtisadi inkişafına mənfi təsirlərini minimuma endirməyə imkan versə də, təəssüf ki, onları təmamilə aradan qaldırmaq hələlik mümkün olmamışdır. Pandemiyanın nə vaxt yox olacağını proqnozlaşdırmaq mümkün olmasa da, təbbidir ki, onun da aradan qalxacağı şübhəsizdir. Ancaq iqtisadi inkişafın dəstəklənmsi üçün pandemiyanın aradan qalxacğı zamanı gözləməməliyik, bu sahədə həyata keçirilməsi vacib olan tədbirləri pandemiya şəraitinə uyğunlaşdırmalıyıq.
Məlumdur ki, Azərbaycanın iqtisadi inkişafında regional disproporsiyalar mövcuddur və aparılan iqtisadi islahatlara, regionların inkişafı üçün bir sıra Dövlət Proqramlarının həyata keçirilməsinə baxmayaraq, bu disproporsiyaları aradan qaldırmaq mümkün olmamışdır. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Bunlardan biri də Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramlarında əsas diqqətin infrastruktur layihələrinin həyata keçirilməsinə istiqamətləndirilməsidir. Təbbidir ki, bu tip layihələrin reallaşdırılması önəmli məsələlərdən biridir. Ancaq regionlarda yerli şərait, təbii sərətlərin mövcudluğu, əmək ehtiyatlarının sayı və s. nəzərə alınmaqla əsas diqqətin istehsal sahələrinə yönəldilməsi, fikrimizcə, daha məqsədəuyğun olardı.
Bazar iqtisadiyyatı şəraitində ölkənin iqtisadi inkişafında əsas rol sahibkarlıq strukturlarına məxsusdur. Təqdirəlayiq haldır ki, sahibkarlığın inkişafı üçün Azərbaycanda müvafiq normativ-hüquqi baza yaradılmışdır. Ancaq real iqtisadi mühit, həyata keçirilən maliyyə-kredit siyasəti, xüsusilə də, saibkarlıq fəaliyyətinə qanundan kənar müdaxilələr, müxtəlif adlar altında sahibkarlardan "yığımlar", mülkiyyət hüququnun qorunması sahəsindəki boşluqlar Azərbaycanda sahibkarlığın inkişafında əsas maneələrə çevrilmişdir. Bunların səbəbindəndir ki, Azərbaycanda biznesinin inkişafı üçün perspektiv görməyən biznesmenlər öz sərmayələrini ölkədən çıxarmağa üstünlük verirlər. KİV-də yayılan məlumatlara görə Azərbaycan əsilli biznesmenlər Rusiyanın, Türkiyənin, Ukraynanın, Gürcüstanın, bir sıra Avropa ölkələrinin iqtisadiyyatına milyartlarla dollar məbləğində vəsait yatırmışlar və bu ölkələrin iqtisadi inkişafında önəmli paya malikdirlər. Avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar Prezidenti İlham Əliyevin videoformatda çıxışı göstərdi ki, artıq ölkə Prezidenti də bunun fərqindədir. Prezident qeyt etmişdir ki: "İndiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq hesab edirəm ki, düzgün olmaz. ...indiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər". Sözünə davam edən Prezident qeyd etmişdir ki: "Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız..." İnanmasaq da (çünki indiyə qədər bir çox məmurlar Prezidentin qəralarını, sərəncamlarını, fərmanlarını, göstərişlərini qulaq ardına vurmaqda davam edirlər), gözləyirik və ümidvarıq ki, aidiyyatı qurumlar Prezidentin bu sözlərindən lazımi nəticə çıxaracaqlar. Biz sıravi vətəndaşlar olaraq gözləyirik. Ancaq "aidiyyatı qurumlar" Azərbaycanın tərəqqisi naminə gözləməməlidirlər, qanunların aliliyinin təmin edilməsində, müxtəlif səpkili pozuntuların qarşısının alınmasında təxirəsalınmaz tədbirləri həyata keçirməlidirlər.
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri