Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Neft ən azı iki il bahalaşmayacaq”

 

İqtisadçılar manata təzyiqlərin yenə də güclənəcəyini və ödənilməyən kreditlərin də həcminin artacağını bildirirlər

 

"Xeberinfo.com":  Dünya bazarında neftin qiyməti yenidən 60 dollara yaxınlaşır.  Brent markalı neftin aprel fyuçersinin qiyməti 1,24 faiz artaraq, bir bareli 59,64 dollardan satılıb. WTI markalı neft isə 0,80 faiz artaraq, bir bareli 49,85 dollar təşkil edib. 
OPEK isə neftə görə fövqəladə toplantı keçilə bilər. 
“Ərəb ölkələrindən başqa OPEK-in üzvü olan digər dövlətlər neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkir”. Bu açıqlama ilə OPEK prezidenti Diezani Alison-Madueke çıxış edib. 
O, neftin bundan sonrakı mərhələdə güclü şəkildə ucuzlaşacağı təqdirdə, OPEK-in fövqəladə toplantısının çağırılacağını bildirib: “Biz təşkilat üzvləri ilə intensiv danışıqlar aparırıq. Ümid edirik ki, neft 60 dollar səviyyəsində qalacaq”.
Yerli ekspertlər isə bildirirlər ki, neft hələ iki il müddətində bahalaşmayacaq. Ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın bütün “uğur hekayəsi”nin bir borudan asılı olması daha heç kimə sirr deyil. 
O, dünyada yaxın zamanlarda gözlənilən hadisələr və bunların Azərbaycana təsirləri haqqında fikirlərini bölüşüb: “Ölkə tək bir faktordan - neftin qiymətindən asılı vəziyyətə düşüb. Neft hələ uzun müddət, ən azı 2 il aşağı qiymətlərdə qalacaq. Bunu bütün nüfuzlu beynəlxalq analitik mərkəzləri də təsdiqləyir”. 
Ekspertin sözlərinə görə, neftin gələcək aqibətinə təsir göstərən amillər var: “ABŞ-ın Federal Rezerv Sistemi (FED) yaxın 3 ayda uçot dərəcəsini qaldıracaq və ən azi 0,25 faiz artım gözlənilir. Yəni dollar dünyada bahalaşacaq. Baha dollar isə həmişə ucuz neft, ucuz qızıl deməkdir. İranla danışıqlar yekunlaşır, çox güman ki, sanksiyalar zəifləyəcək. İran bazara əlavə gündə 1,5-2 milyon barel neft çıxaracaq. Liviyaya yaxın zamanda beynəlxalq qoşunlar, əsasən də, İtaliya kontingenti girəcək. Bütün neft hasilatı nəzarətə keçəcək. Bu ölkənin indi gündəlik cəmi 300 min barel olan hasilatı, gündəlik 1,5 milyon barelə qədər artacaq. Çin iqtisadiyyatı bu il son 30 ilin ən dib səviyyəsini görəcək. ÜDM artımı cəmi 6,5-6,8 faiz arası olacaq ki, bu da Çin üçün çox azdır. Yəni neft istehlakı bu ölkədə azalacaq. ABŞ bu il neft hasilatını gündəlik 11,5-12 milyon barelə çatdıracaq ki, bu da indiki səviyyədən 1,5-2 milyon barel çoxdur. Yəni ABŞ kənardan neft almasını kəskin azaldacaq. Hindistan və Braziliyada da ÜDM artım tempi xeyli zəifləyib ki, bu da qlobal neft istehlakını azaldan faktordur. Daxili yanma və elektrik alma sahəsində inqilabi yeni texnologiyalar gəlir ki, bu da neft istehlakını azaldan faktorlardan biridir”.
Dünya valyuta bazarında baş verənlər barədə proqnozlarını açıqlayan ekspertə görə, martdan başlayaraq, Avropa Mərkəzi Bankı yeni “kəmiyyət yumşalması” və ya “təhvil alım proqramı”na keçərək, hər ay bazara 60 milyard avroluq əlavə likvidlik atacaq. Bu da avronun kursunu aşağı salacaq: “Həmçinin, Yunanıstanla yaşanan problemlər də avronun kursunun aşağı düşməsinə səbəb olacaq. FED faiz artımına getsə, dollar bütün valyutalara qarşı bahalaşacaq. İlin “valyuta ulduzu” dollar olacaq. Çin və Yaponiya öz milli valyutalarını bacardıqca daha çox dəyərsizləşdirəcəklər ki, ixracatı stimullaşdırsınlar. Türkiyə də bu yolu tutacaq. Britaniya funtu və İsveç frankı da dollara nisbətən ucuzlaşacaq. Dollar qlobal dünya valyutası olduğundan onun möhkəmlənməsi ABŞ iqtisadiyyatına o qədər də ciddi təsir etməyəcək. Bir sözlə, Azərbaycanın yeganə nicatı olan neftin qiyməti uzun müddət qalxmayacaq. Bu isə hətta devalvasiyadan sonra belə, bizim valyutaya təzyiqi saxlayacaq. Əgər Mərkəzi Bank ikili valyuta səbətinə keçibsə, mütləq dünyada avro-dollar münasibətlərinə diqqət etməklə manatın məzənnəsini tənzimləyəcək. Qısa bir izahla nə demək istədiyimi rəqəmlərlə ifadə edim. Əgər hökumət məzənnəyə dəyişiklik etməsə, bu gün 1 avro 1,13 dollara bərabər olsa, bizdə isə 1 avro 1,19 manat, 1 dollar 1,05 manat olacaq. Dünya bazarında avro yaxın həftələrdə 1 avro 1,05 dollara bərabər olacaq. Bizdə ikili valyuta səbəti qüvvədə qalsa, 1 avro 1,13 manat, 1 dollar isə 1,12 manat olacaq. Yəni yaxın zamanlarda manatın avroya qarşı kursu qalxacaq, dollara münasibətdə isə enəcək. Əgər bu günə olan məzənnələrə inzibati dəyişiklik edilməsə və ikili valyuta səbəti qərarı qüvvədə qalsa, bu, mütləq belə olacaq. Nəticədə avro ilə alınan və ölkəyə gətirilən mallarda cüzi ucuzlaşma olsa da, dollarla alınıb-gətirilən mallarda yeni bahalaşma olacaq”. 
N.Cəfərlinin sözlərinə görə, bu devalvasiyanın ardından neftin qiymətinin uzun zaman ucuz qalması ehtimalından sonra ölkədə inflyasiya ikirəqəmli olacaq: “İlkin olaraq, ilin sonuna 20-25 faizlik inflyasiya gözləntisi yaranacaq. Bu isə əhalinin real gəlirlərinin azalmasına, yoxsulluğun artmasına səbəb olacaq. Bundan əlavə, banklarda olan toksik, yəni, geri qayıtması çətin və mümkünsüz olan kreditlərin həcmi kəskin artacaq. Bu günə 1 milyard manat olan belə kreditlər ilin sonuna qədər azı 50 faiz artaraq, 1,5 milyard manata çatacaq”.
musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam