Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neft ucuzlaşmaqda davam edir

 

London əmtəə birjasında (İCE) son 1 ayda Brent markalı neftin 1 barelinin qiyməti  17,99 dollar və ya 22% ucuzlaşıb.

 

"Xeberinfo.com":  Məlumata görə, noyabrın 11-də “Brent” markalı neftin bareli əgər 81,67 dollara satılırdısa, dünən həmin həcmdə neft 63,68 dollara satılıb. Nyu-York birjasında isə Qərbi Texas markalı neft (WTI) 59,95 dollara təklif edilib.

 

Dekabrın ilk 10 günlüyündə Brent markalı neftin orta qiyməti  67,34 dollar təşkil edib.

 

Bu arada “Ekonomist” jurnalı neftin ucuzlaşmasının 4 səbəbini irəli sürüb. Birinci, dünyada iqtisadi aktivliyin azalması və alternativ yanacaqların payının artması fonunda tələbatın azalması, ikinci, əmtəə bazarında geosiyasi risklərə həssaslığın azalması, üçüncü, ABŞ-da neft hasilatının artması səbəbindən dünya bazarında tələbatın azalması, dördüncü səbəb kimi isə  OPEK ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanının bazarda payını itirmək səbəbindən kvotanı azaltmaq niyyətindən vaz keçdiyini göstərir.

 

Onu da qeyd edək ki, artıq neftin 40 dollara düşəcəyinə dair də proqnozlar var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam