Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"“Qara qızıl” 70 dollara olarsa, manat xilas olacaq"

 

Ekspertlər bildirirlər ki, hökumət mütləq bunu nəzərə alaraq, öz planlarını qurmalıdır; Neftin ucuzlaşması ilə bağlı ehtimal daha böyükdür

 

"Xeberinfo.com":  Dünya bazarında neftin qiyməti bahalaşıb. İCE London birjasında Brent markalı neft 1,03 faiz artaraq, 64,11 dollar olub. WTI  markalı neftin may fyuçersinin qiyməti isə 1,2 faiz bahalaşaraq, 56,43 dollara çatıb. Texas markalı neftin qiyməti 58 dollar olub. 
Ekspertlər isə bildirirlər ki, neftin bahalaşması hələlik milli valyuta olan manata müsbət təsir göstərə bilmir. Yəni neftin indiki qiyməti manatı bahalaşdıracaq həddə deyil. 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, neftin qiyməti hələ uzun müddət sabitləşməyəcək: “Son 2 həftədə dünya bazarında neftin qiymətləri təqribən 10 dollara yaxın artıb. Bununla bağlı müxtəlif fikirlər, proqnozlar, xəbərlər var. Əslində son 10 gündə neftin qiymətinin enməsinə ciddi təsir göstərə bilən çoxlu sayda məlumatlar çıxır. Aprel ayı həm ilin 1-ci rübü, həm də mart ayının göstəricilərinin açıqlandığı aydır. ABŞ-da mart ayında neft istehsalı 2014-cü ilin martına görə 13 faiz artaraq, gündəlik 9,32 milyon barelə çatıb. Bu, 1973-cü ildən bəri ən yüksək nəticədir. OPEK ölkələri üçün mart ayında ortalama gündəlik hasilat son 12 ilin pik nöqtəsinə - 31,2 milyon barelə çatıb. Rusiya 2015-ci ilin 1-ci rübündə SSRİ dövrü daxil, tarixində ən rekord hətta neft hasil edib - 131,469 milyon ton... Həmçinin, Səudiyyə Ərəbistanı mart ayında gündəlik hasilatını maksimum həddə - 10,29 milyon barelə çatdırıb. Qazaxıstan, İraq, Liviya, Meksika və Venesuelada da hasilat artıb. Beləliklə, açıqlanan hasilat rəqəmləri neftin qiymətinin daha da aşağı enməsinə səbəb olmalıdır, bəs nə baş verir?”
Ekspertin sözlərinə görə, dünyada gündəlik neft hasilatı 95-96 milyon bareldir. Bunun 30-31 milyon bareli OPEK ölkələrinin payına düşür: “Yəni OPEK-dən kənarda qalan ölkələrin neft bazarına təsiri getdikcə artır. Son illərdə bazara əsas təsir edə biləcək ölkə ABŞ-dır. Bazar son həftələrdə ancaq bu ölkədən gələn siqnallara reaksiya verir. Keçən həftə ABŞ-ın strateji neft ehtiyatlarının 5-6 milyon barel artması gözlənilirdi. Amma cəmi 1,2 milyon barel artıb. Yəni yenə artım var, amma artım gözləntilərin altında olduğuna görə bazar isterik reaksiya verdi. Neft 5 faiz bahalaşdı. Hekayə də budur ki, ABŞ-da hasilat getdikcə azalacaq, bu isə qiymətlərə təsir göstərəcək. Açığı bu, sırf spekulyativ ajiotajdır”.
N.Cəfərli qeyd edib ki, yaxın aylarda neft bazarında qiymətlərin aşağı çəkilməsinə təsir edəcək amillər var: “İranın bazara girmək ehtimallarının yüksək olması, Səudiyyə və Rusiyanın bazarlarını itirməmək və qiymət enməsindən itkiləri azaltmaq üçün hasilatı artırmaq siyasəti mühüm amillərdir. Həmçinin, İraqın hasilatı artırması, Liviyanın hasilatı 300 min bareldən 1 milyon barelə qədər artırmaq üçün işlərin tamamlanması, ABŞ FED-nin faiz artırmaq ehtimalının yüksək olması da bu amillərin sırasındadır. Çin iqtisadiyyatının yavaşlaması, ABŞ-da və Avropada nefti saxlamaq üçün ehtiyat həcmlərin dolması da neft bazarında qiymətləri aşağı salacaq amillərdən hesab edilir. Qiyməti yuxarı çəkə biləcək yeganə amil isə ABŞ-da hasilatın kəskin azalması, ya da böyük regional müharibələr ola bilər. Regional müharibələri istisna etsək, bazar bu həftə də ABŞ-dan gələn əsas iki statistikaya köklənəcək: Üçüncü gün Bakı vaxtı ilə saat 19:30-da çıxacaq ABŞ neft rezervlərinin həftəlik artım rəqəmləri, həmçinin, 5-ci gün Bakı vaxtı ilə 20:30-da açıqlanacaq ABŞ-da işlək buruqların sayı... Düşünürəm ki, bu həftə neft bazarında yönünü bəlli etmək üçün önəmli mərhələ olacaq. Amma bütün orta və uzun perspektivləri analiz edərkən görünən odur ki, hələ uzun illər neftin qiyməti 40-70 dollar arasında gedib-gələcək. Azərbaycan hökuməti mütləq bunu nəzərə alaraq, öz planlarını qurmalıdır. Yəni əgər ümumiyyətlə, bir planları, proqramları varsa...”
Ekspert Samir Əliyev də qeyd edib ki, neftin bahalaşması və indiki qiyməti vəziyyəti dəyişəcək həddə deyil: “Neft martın ortalarından başlayaraq, son aylarda itirdiyi mövqeləri bərpa etməyə çalışır. Aprelin 10-dan isə dayanmadan üzü yuxarı gedir. Azərbaycanın milli valyutasının məzənnəsi də neftin qiymətindən birbaşa asılıdır. Neftin qiymətinin hərəkət trayektoriyasından asılı olaraq, manat da hərəkət edir. Ekspertlər neftin bahalaşacağı təqdirdə, manata təzyiqlərin azala biləcəyini qeyd edirlər. Mərkəzi Bankın rəhbəri də son açıqlamasında manatın neftin qiymətinə adaptasiya olunacağını bildirib. Neftin indiki qiyməti manat üçün sabitlik vəd etmir. Manatın son günlər bahalaşmasını da daha çox Mərkəzi Bankın psixoloji olaraq, bazarı sakitləşdirmək siyasəti kimi qiymətləndirmək olar. Fevral devalvasiyasına rəğmən Mərkəzi Bankın valyuta ehtiyatlarının mart ayında 14 faiz azalması manata təzyiqin güclü olduğunu göstərir. Hətta mart ayında neftin bir qədər bahalaşması, dolların isə cüzi ucuzlaşması da təzyiqi azalda bilmədi. Çünki manata ən böyük təzyiqi hazırda panika yaradır. Bu təzyiq yaxın aylarda da davam edəcək. Sonra sakitləşəcək”. 
Ekspertin sözlərinə görə, hər şey dünya əmtəə bazarlarındakı proseslərdən və hökumətin bu proseslərə reaksiyasından asılı olacaq: “Neftin qiyməti 70 dollar həddini keçərsə, manatın məzənnəsində sabitlik yarana bilər. Eyni zamanda, hökumətin bəzi addımlar atmaqla, manata təzyiqi azaltması mümkündür. Bu addımlardan biri də 2015-ci ilin dövlət büdcəsi xərclərinin azaldılması ola bilər”. 
Pia.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam