Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Neft ölkələrinə xəbərdarlıq: Neft bahalaşmayacaq



ABŞ-ın Energetika Nazirliyinin mütəxəssisləri 2016-cı ildə neftin orta qiymətinin 25 faiz aşağı düşəcəyi proqnozunu verib. 

Xeberinfo.com:  Onların hesablamalarına görə, 2017-ci ildə də neftin qiyməti cari ildəki kimi aşağı səviyyədə qalacaq. 

ABŞ Energetika Nazirliyinin enerji informasiyaları idarəsinin proqnozunda bildirilir ki, yaxın iki il ərzində Brent markalı neftin barelinin orta qiyməti 50 dolları keçməyəcək. 

İdarənin analitikləri neftin orta qiyməti ilə bağlı əvvəlki proqnozlarından da 28 faiz aşağı düşüblər. Əgər əvvəlcə 2016-cı il üçün neftin orta qiyməti 55.78 dollar proqnozlaşdırılırdısa, indi bu rəqəm 40.15 dollar səviyyəsində müəyyən olunub. 

ABŞ Energetika Nazirliyinin əməkdaşları ilk dəfə 2017-ci il üçün də rəsmi proqnoz açıqlayıblar. Onların fikrincə, gələn il Brent neftinin barelinin orta qiyməti təxminən 50 dollar civarında olacaq. 

Neftin qiymətinin dünya səviyyəsində aşağı olmasının səbəblərinə gəlincə, ABŞ analitikləri bunu tələb və təklif arasında balansın pozulması, eləcə də İranda neft hasilatının artması ilə izah ediblər. Onların hesablamalarına görə, 2016-cı ildə İslam respublikasında orta sutkalıq neft hasilatı 300 min barelə, 2017-ci ildə isə 500 min barelə çatacaq. 

Nəticədə OPEC ölkələrində orta sutkalıq neft hasilatının həcmi 2016-cı ildə qoyulan tələbi 2 mln barel aşacaq. 2015-ci ildə OPEC-də hasilat qoyulan tələbdən 1.6 mln barel artıq olmuşdu. 

ABŞ Energetika Nazirliyinin analitikləri hesabatlarında 2016-cı ildə neft bazarına müxtəlif faktorların təsir edəcəyini də qeyd edib. Bura İran neftinin bazara qayıdışı, istehlak həcmindəki dəyişikliklər və OPEC-dən kənar istehsalçıların aşağı qiymətləri qorumasına reaksiya kimi amillər daxildir. 

Birjalarda Brent markalı neftin bareli isə yenidən 31 dollardan aşağı düşüb. 

Ötən günsə Böyük Britaniyanın “Standard Chartered” bankının analitikləri neftin qiyməti ilə bağlı ən pessimist proqnoz vermişdilər. Onlar neftin 1 barelinə görə qiymətinin 10 dollara qədər düşə biləcəyini açıqlamış, bunu isə neft bazarında yaranmış vəziyyətlə izah etmişdilər. 

Dünyanın bir çox digər bankları - “Barclays”, “Macquarie”, “Bank of America”, “Merill Lynch”, “Societe Generale”-in açıqladığı proqnozlar da 2016-cı ildə neftin qiymətinin aşağı səviyyədə qalacağından xəbər verir. 

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevsə neftin qiymətinin belə aşağı səviyyədə qalma müddətinin hətta 10 il davam edə biləcəyi fikrini irəli sürüb. 

“Mənə elə gəlir, indi neftin qiymətinin 20 dollar, 15 dollar olacağından qorxmaq lazım deyil. Bu, böyük risk deyil. Ən böyük risk odur ki, neftin qiymətinin bu səviyyədə qalması illər, onillik boyunca davam edəcək”, - deyə Ulyukayev bəyan edib. 

Yanvarın 8-də neftin qiyməti ilə bağlı problem Afrikanın regional CEMAC təşkilatı ilə görüşdə də müzakirə olunmuşdu. Həmin görüşdə çıxış edən Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard bildirmişdi ki, əvvəlki iqtisadi tsikllərdən fərqli olaraq neftin çox uzun müddət bahalaşmayacağı proqnozlaşdırılır. BVF başçısı qeyd etmişdi ki, müəyyən dövrlərdə neftin reabilitasiyası mümkündür, lakin müsbət proqnozlar ancaq 2019-cu ildən sonra mümkün olacaq. Onun fikrincə, neftin qiyməti yaxın illərdə maksimum 60 dollara qədər arta bilər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam