Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Yeni İpək Yolunda - yük daşımalarına icazələr sistemi ləğv oluna bilər

Belarus hökuməti Yeni İpək Yolu boyu avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarındakı icazələr sistemini ləğv etmək təşəbbüsünü irəli sürüb.

Yenixeber.org: Bu barədə ölkənin xarici işlər naziri Vladimir Makey “Bir kəmər, bir yol” ("Belt and Road") təşəbbüsü çərçivəsində keçirilən videokonfransda bildirib.

“Biz beynəlxalq avtomobil daşımalarında icazələr sistemini aradan qaldırmalıyıq. Belədə nəqliyyat logistika fəaliyyətinin inkişafına əlavə təkan qazandırılar”, - nazir qeyd edib.

Belarus hökuməti həmçinin ölkələr arasında, xüsusilə də Çindən Avropaya rəqəmli nəqliyyat dəhlizlərinin inkişafını da zəruri hesab edir.

“Müasir peyk naviqasiyası vasitələrini işə salmaqla biz gömrük və s. rəsmiləşdirmə işlərini azaldaraq daşıma müddətini 4-5 gün azalda bilərik”, - V.Makey vurğulayıb.

Həmçinin “Bir kəmər və bir yol” təşəbbüsündə iştirak edən ölkələr arasında infrastruktur zəncirinin zəruri olduğu da diqqətə çatdırılıb: “Sərhədlərdəki dəmir yolu stansiyalarını, avtomobil yollarını, körpüləri, multimod daşımalarını xüsusi olaraq təkmilləşdirməliyik. İnfrastrukturun uzlaşdırılması əməkdaşlıq vasitəsilə inkişafın vacib şərtidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam