Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Dəniz Limanı regionun vacib nəqliyyat və paylaşma mərkəzi olmaq niyyətindədir

Bakı Dəniz Limanı regionun vacib nəqliyyat və paylaşma mərkəzi olmaq niyyətindədir

Bakı Dəniz Limanı təkcə Çindən Avropaya ən qısa və təhlükəsiz yol kimi deyil, əks istiqamətdə də yüklərin çatdırılmasında mühüm rol oynamaq, regionun vacib nəqliyyat və paylaşma mərkəzi olmaq niyyətindədir.

Yenixeber.org:  "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-yə istinadən verdiyi xəbərə görə, bunu QSC-nin baş direktoru Taleh Ziyadov Çinin Quancou şəhərində keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik Dünya Limanlar Konfransı çərçivəsində söyləyib.

Məlumata əsasən, T. Ziyadov Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən və geniş ticarət əlaqələri olan Azərbaycanın sahib olduğu nəqliyyat-logistika imkanları, o cümlədən Bakı Limanı "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində vacib rolu haqqında bəhs edib.

"Çindən yollanan yüklər 6 gün ərzində Bakı Dəniz Limanına çatır və buradan qısa müddətdə Avropaya çatdırılır", - deyə baş direktor əlavə edib. (ONA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam