Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qiymət barıt çəlləyidir

 

Millət vəkili Vahid Əhmədova açıq məktub

Təcrübəmə əsaslanıb bu mövzunu işləyəsi oldum. Bütün ömrüm boyu iqtisadi vəzifələrdə, ən cox isə baş mühasib vəzifəsində işləmişəm.Ondan qabaqda isə idarə etmə elmi durur. Həmin elmi bilməyən mütəxəssis kürsüdə əyləşə bilməz. Az və ya çox dərəcədə idarə etməni biləni sıxışdıraraq infarkt etmək  və yaxud işindən bezikdirib itirmək də olmaz. 

Müstəqil dövlətimiz gəncdir.Onu idarə edənlər və maliyyə sahəsində proqnoz verənlərin də əksəriyyəti  gənclərdir. Maliyyə sahəsində bunların içərisində ən təcrübəli olanlar Azərbaycan Mərkəzi Bankının Sədri Elman Rüstəmov və Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədovdur. Maliyyə sahəsində sadə bir səhv dövlətimizə baha başa gələ bilər.

Keçmiş ittifaq dönəmində zərərlə işləyən istehsal sahələrinə dövlət büdcəsi tərəfindən daim dotasiya ödənilirdi. Bu dotasiya ona görə ödənilirdi ki, əhaliyə verilən əmək haqqı satış qiymətləri ilə uzlaşsın. Quşçuluq sahəsində işlədiyimdən bilirdim ki, yemin, yanacağın və baytarlıq dərman preparatlarının satış qiymətləri mütamədi olaraq qalxsa da 30 ilə yaxın bir müddətdə quş ətinin satış qiymətləri artmadı.Mən bu iqtisadi siyasətin canlı şahidiyəm.

Bizim yenicə ayaq tutub yeriyən gənc respublikamızı isə SSRİ kimi bir imperiya ilə müqayisə etmək mümkün deyil. Bir cəhəti qyed etmək istəyirəm. Dotasiya ölkə daxilində bir sahəni mühafizə edirsə, bütün ölkə əhalisinin maddi vəziyyətinin normal vəziyyətdə saxlanılmasına görə cəmi qiymətlərin artımının qarşısının almaq üçün bir başa dövlət büdcəsindən milyard dollarla vəsait xərclənməsi hökumətin xalqa ən böyük qayğısıdır.  

Saytlardan alınan məlumata görə Azərbaycan hökuməti satış qiymətlərinin yüksəlməməsi üçün son iki ildə 2.5 milyard dollar vəsait xərcləmişdir. Dövlətin maliyyə ehtiyatları isə tükənməz deyil. Hamı kimi mən də bilirəm ki, respublikanın maliyyə ehtiyatı hansı məbləğdədir. Bundan başqa respublikanın maliyyə mənbəyi neft istehsalı və satışına bağlıdır. Bu günkü dönəmdə isə neftin bir barelinin qiyməti 50-60 dollar arasındadır. Saytlardan verilən məlumatlara görə həmin satış qiymətləri bundan da aşağı düşə bilər. Neftin bir barelinin qiyməti 60 dollardan aşağı düşməsi iqtisadi inkişafımıza çox pis təsir göstərə bilər.

Bunu nəzərə alan AMB-nın İdarə Heyəti 21 fevral 2015-ci il tarixli qrarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, avronun isə 1.1950 AZN  səviyyəsində müəyyən edilib. Bununla əlaqədar olaraq Vahid Əhmədov deyib ki, Milli Məclisin qarşıdakı iclasında Mərkəzi Bankın hərəkətinin qanunauyğunluğu məsələsi qaldırılacaq.

Məlumata görə fevralın 20-də 1 ABŞ dolları 0.7862 manat, 1 avro 0.8934 manat idi. Beləliklə, bir gündə manat dollar qarşısında 33% (26.34 qəpik), avro qarşısında isə 34% (30.16 qəpik) ucuzlaşıb.

Qətiyyən fikirləşən yoxdu ki, dövlətin  büdcəsi dibi görünməz quyu deyil. Büdcədən maliyyənin tükənməsi dövlətin yoxluğu deməkdir. Saytlarda manatın məzənnəsinin aşağı düşməsi səbəbinə görə “Elman Rüstəmov bankları müflis etdi, xalqı aldatı” deyərək haray- həşir salanlardan soruşmaq istəyirəm: Bəs siz E.Rüstəmovun yerində əyləşsəydiniz nə edərdiniz?  O,  indi yeritdiyi yumşaq pul- kredit siyasətində gecikibdir. Həmin siyasəti keçən ilin yanvar ayından hissə -hissə etməliydi. Bu kimi pul-kredit syasəti yeridiləndə Prezident Aparatı, Milli Məclis və Azərbaycan Mərkəzi Bankının rəhbərlikləri bir stol arxasında əyləşməliydilər ki, əməliyyatda özünü doğrulda bilən optimal variant qəbul olunsun və qəbul olunmuş qərar da heç kimdə şübhə oyatmasın, heç kim də ittihama məruz qalmasın. Təkrar-təkrar ehtiyatda olan valyutanı qiymətlərin sabit saxlanılmasına yönəltmək olmaz. Belə aldadıcı maliyyə əməliyyatları dövləti çökdürə bilər. Uzun müddətdir  deyilir ki, qeyri neft sektorunu inkişaf etdirmək lazımdır.

Nəhayət anlamaq lazımdır ki, qiymətlə oynamaq olmaz, o barıt çəlləyidir. Həmin  oyun  müstəqil dövlətimizə baha otura bilər.

Məni düşündürən bir cəhətin-manatın dəyərinin ucuzlaşmasından sonra E.Rüstəmovu kəskin tənqid edən iqtisadçı-ekspertlərin heç birisindən büdcə vəsaitinin yersiz xərclənməməsi üçün  ağıla batan bir təklifin olmamasıdır.

Qısaca öz təliflərimin bir neçəsini verirəm.

1.Yaradıcı-ixtiraçı alimləri çıxmaq şərtiylə dövlətin istehsal və qeyri istehsal sahələrində çalışan təqaüdçü vətəndaşlar vəzifələrindən azad olunsunlar;

2.Plagiatlıq yolu ilə elmi titul alana və heç bir iqtisadi smərəsi olmayan elmi titula görə vəsait ödənişinin davam etdirilməsinə son qoyulsun;   

3.Eyni bir istehsal və qeyri istehsal sahəsində paralel fəaliyyət göstərən lüzumsuz nazirlik və komitələr ləğv edilsin- Maliyyə Nazirliyi üçün manatla pul eşənəyi olan YXO (Yerli Xəzinədarlıq Orqanı), Vergilər Nazirliyinin təkrarı  olan oxşar müstəqil Gömrük Komitəsi-daha doğrusu filankəsovun dollarla valyuta eşənəyi, Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Elmi Tədqiqat İnstitutunun quyruğunda sürünən MAKA, daha doğrusu qızıl dişləri rəngində qırmizi kostyum geyinib keçmiş iş yerində hər maliyyə əməliyyatına 10 % verigi qoyub ona dadanaq olan direktorun son iş yeri ETİ də də şübhəsiz ki, yeni vergi üsulu ixtira etmiş olacaq, və s.

4.Respublika daxılində yerli istehsalı inkişaf etdirmək üçün kənar dövlətlərdən respublikamıza meyvə gətirilməsi qadağan olunsun;

5.Xaricdən asılılığı azaltmaq və xaricdən alınan kənd təsərrüfatı məhsullarına olan tələbatı tam ləğv etmək üçün bitkiçilik və heyvandarlıq üzrə damazlıq təsərrüfatlar yaradılsın (bu təklifim 01-08 iyun 2008-ci il tarixli “XURAL” müstəqil mətbuatında dərc olunub), əgər hakimiyyətə damazlıq təsərrufatı yaratmaq lazımdırsa hazır kadrlar var: Əslən Cəlilabaddan olan Keçmiş MK-nın əməkdaşı, “AZƏRQUŞSƏNAYE” İstehsalat Birliyinin birici rəis  müavini Tofiq Əziz o. Tağıyev, Əslən Şəkili olan baytarlıq elmləri namizədi, həmin İB-nin şöbə müdiri Bilal Rəhim, hər ikisi rus dillidir;

Əgər V.Əhmədov müəyyən səhvləri olan E.Rüstəmova gəldiyi hədələrdən bir az da yuxarıda qeyd olunan və olunmayan həmin xislətlilərin dövlətin maliyyəsini yüz milyon manatlarla talayan lazımsız hökumət strukturlarına yönəldə bilsəydi tənqidi daha kəsərli olardı.

Mən izləyirəm, qiymətlər isə arta-arta gedir...

 

 Elxan Quliyev

                                                                                                         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam