Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

 

Bu gün Milli Məclisin plenar iclasında Elman Rüstəmov və Xəqani Abdullayevin Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsi müzakirə olunub.

"Xeberinfo.com":  APA-nın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, E. Rüstəmov artıq 20 ildir ki, AMB-yə uğurla rəhbərlik edir. Milli Məclisin İqtisadi siyasət komitəsində E. Rüstəmov və X. Abdullayevin AMB-nin İdarə Heyətinə üzvlüyü məsələsi müzakirə olunduğunu xatırladan Z. Səmədzadə millət vəkillərinin E. Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

O, eyni zamanda millət vəkillərinin X. Abdullayevin də fəaliyyətinin yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, E. Rüstəmov çox peşəkar kadrdır.

Daha sonra E. Rüstəmov və X. Abdullayevin AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi səsə qoyulub. Millət vəkilləri səs çoxluğu ilə hər iki şəxsi Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam