Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycanda işsizliyin həddi açıqlandı

 

 

Bu il iyunun 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4784,2 min nəfər olub, onlardan 4 547,3 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib


   "Xeberinfo.com": Dövlət Statistika Komitəsindənverilən məlumata görə, bu il mayın 1-nə muzdla işləyənlərin sayı 1510,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 900,7 min nəfər, qeyri-dövlət bölməsində isə 609,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 36,1 min nəfər, qeyri-neft sektorunda isə 1474,4 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1467,4 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,9%-i məhsul istehsalı sahələrində, onlardan 6,6%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

Xidmət sahəsində çalışanların 22,7%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bu il iyunun 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,9 min nəfər olub, onların 40,8%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 246,3 manat olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam