Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Səudiyyə Ərəbistanı iyunda -ABŞ və Avropaya neft tədarükünü azaldacaq

Səudiyyə Ərəbistanı iyun ayında ABŞ və Avropaya neft tədarükünü yarıya qədər endirmək niyyətindədir.

Yenixeber.org: Bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, bu bölgələrdəki bəzi müştərilərə tədarük 60-70% azaldılacaq. Səudiyyə Ərəbistanın “Saudi Aramco” şirkəti həmçinin Asiyadakı üç alıcısına iyun ayında çatdırılmalarda azalmanın olacağı barədə məlumat verib.

Agentlik qeyd edir ki, krallıq dünya bazarında izafi neftin həddindən artıq azaldılması və bərpa olunması üçün belə tədbirlər görür.

Səudiyyə Ərəbistanı mayın 11-də iyun ayı üçün öz kvotasından əlavə olaraq hasilatını gündəlik  1 milyon barel də azaldacağı ilə bağlı planlarını elan edib. Bununla da, ölkənin hasilatı mayda OPEC+ sazişində qeyd edildiyi kimi gündəlik olaraq 8,5 milyon deyil, 7,5 milyon barelə qədər olacaq. Səudiyyə Ərəbistanın nümunəsinə Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də əməl ediblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam