Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Neft böhranı: Rusiya və Səudiyyə razılığa gələ bilmir

Neft böhranı: Rusiya və Səudiyyə razılığa gələ bilmir
Rusiya və Səudiyyə Ərəbistanı qiymət böhranını aradan qaldırmaq üçün neft hasilatının azaldılması şərtləri barədə razılığa gələ bilmirlər.
Yenixeber.org: Bu barədə "Bloomberg" öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, tərəflər hasilatın sutkalıq on milyon barel həcmində olmasına dair razılığa gəliblər, lakin bu həcmin anlaşma iştirakçıları arasında necə bölüşdürüləcəyi barədə fikirayrılığı yaranıb.

Bundan əlavə, Rusiya bu ilin birinci rübü üçün orta istehsal səviyyəsinə görə kvotaların tətbiq olunacağını gözləyir, Ər-Riyad isə OPEC ölkələrinin hasilatı artırdıqdan sonra kvotanı hazırkı səviyyələrə əsaslanaraq hesablamağı təklif edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı neft hasilatını 9,8 milyon bareldən 12,3 milyon barelə qədər artırıb, Rusiya isə 11,3 milyon barel səviyyəsində saxlayıb.

Hər iki tərəf ABŞ-ın razılaşmaya qoşulmasını istəyir, amma Vaşinqtonun hasilatı azaltmaqla bağlı mövqeyi potensial iştirakçılara hələ də aydın deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam