Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

OPEC 2019-cu ildə neftə dünya tələbi proqnozunu aşağı saldı

Bunu kartelin fevral ayı üçün hesabatından görmək olar.

 

Yenixeber.org: OPEC 2019-cu ildə neftə olan qlobal tələbin artım proqnozunu gündəlik 50 min barel - 1,24 mln. barelə qədər aşağı salıb.

Bunu kartelin fevral ayı üçün hesabatından görmək olar.

Bu, Amerika qitəsinin, Avropa və Yaxın Şərqin ölkələrində iqtisadi artımın gözlənilən yavaşlaması ilə bağlıdır.

Hesabata görə, yanvar ayında OPEC ölkələri neft hasilatını, əsasən, Səudiyyə Ərəbistanı və BƏƏ-nin hesabına gündəlik 797 min barel azaldıb və ümumi hasilat 30,8 mln. barelə olub.

OPEC-in mənbələrinin məlumatına görə, yanvar ayında Səudiyyə Ərəbistanının hasilatı gündəlik 350 min barel azalaraq 10,2 mln. barelə düşüb. BƏƏ-də orta gündəlik hasilat 146 min barel azalıb və 3,1 mln. barel təşkil edibsə, Küveytdə gündəlik hasilat 90 min barel azalıb və 2,7 mln. barel səviyyəsində olub. Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-ə yanvar ayı hasilatının gündəlik 400 min barel azaldığını bildirib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft və neft məhsullarının kommersiya ehtiyatları 2018-ci ilin dekabr ayında noyabra nisbətən 10,8 mln. barelə azalıb və 2,851 mlrd. barel təşkil edib.

Beləliklə, bu göstərici ötən ilin səviyyəsindən 2,5 mln. barel az olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam