Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Putinlə Salman anlaşdı, neft kəskin "sıçradı"...

 

OPEC-in Vyanadakı görüşü ərəfəsində 6-9 ay ərzində neft hasilatının ixtisarını davam etdirmək barədə Səudiyyə Ərəbistanı, Rusiya və İraq razılığa gəldikdən sonra neftin qiyməti dünya bazarında 3-4 faiz yüksəlib.

Yenixeber.org: Qərb mənbələri xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 2,93 faiz yüksələrək, bir barrelə görə 66,64 dollara qalxıb. WTI markalı Amerika neftinin fyuçersləri isə 2,96 faiz qalxıb və qiymət bir barrelə görə 60,20 dollara çatıb. Bu, son beş həftə ərzində ən yüksək göstəricilərdir.

Neft ixrac edən ölkələr təşkilatı (OPEC) və onun müttəfiqləri, belə görünür ki, 2019-cu ilin sonuna kimi neft ixracatının ixtisarını davam etdirmək niyyətindədirlər. Dünən aparıcı neft istehsalçıları qiymətin qaxlmasına yönəlmiş siyasəti bəyəndiklərini bildiriblər.

OPEC, Rusiya və digər istehsalçılar bu gün və sabah görüşlər keçirərək, ixracatın azalmasını müzakirə edəcəklər. Sözügedən qrup 2017-ci ildən başlayaraq, dünya iqtisadiyyatının zəifləməsi və ABŞ-da istehsal həcmlərinin artması fonunda qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün neft hasilatını azaldır. Rusiya prezidenti Vladimir Putin dünən bəyan edib ki, o, Səudiyyə Ərəbistanı ilə 6-9 aylıq mövcud hasilat səviyyəsini sutkada 1,2 milyon barrel ixtisar etmək barədə razılığa gəlib.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, sövdələşmə, çox güman ki, 9 ay müddətinə uzadılacaq və daha iri həcmdə ixtisara ehtiyac yoxdur.

Qeyd edək ki, ABŞ-da neft hasilatı aprel ayında sutkalıq rekord həcmə - 12,16 milyon barrelə çatıb. Bu məlumatı ABŞ energetik informasiya idarəsi verib.

Bununla yanaşı, maliyyə bazarları ABŞ-çin münasibətlərinin nisbətən istiləşməsinə reaksiya veriblər – iki ölkənin liderləri ticarət danışıqlarının bərpa edilməsi barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam