Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Neft niyə ucuzlaşdı? –İqtisadçı açıqladı

Yenixeber.org: Məlumata görə, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub:

“Mart ayında Azərbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq, o zaman Tramp zənginin ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 2.6 milyon azaltdığı aydın olur. Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər və Əməliyyat Şirkətinin payı da daxil olmaqla əldə edilən bütün gəlirdir. Göründüyü kimi, Ağ evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormozladı və yenidən “qara qızıl” ucuzlaşmağa başladı.

Qeyd edək ki, ABŞ Prezidentinin zəngindən sonra OPEK-in hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir.

Əgər bir zəng neftin dünya bazar qiymətini hissi edilən dərəcədə dəyişə bilirsə, deməli, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır. Bu həmçinin “neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır.

Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür”.

Vüqar Bayramov qeyd edib ki, neftin qiyməti məqbul hesab olunsa da, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır:

“Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.(Teleqraf.com)

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam