Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neft ucuzlaşır, manatın taleyi necə olacaq? –Ekspert hökuməti neftin büdcə qiymətini 40 dollardan hesablamağa çağırır

“Dünya bazarında Brent markalı neftin 1 barelinin qiyməti ilin əvvəli ilə müqayisədə 20 faiz ucuzlaşıb. Neftin qiymətinin ucuzlaşmasının başlıca səbəblərindən biri bazarda təklifin artmasıdır. Belə ki, hazırda gündəlik hasilat ABŞ-da 11,7 milyon barrel, Rusiyada 11,2 milyon barel, SəudiyyəƏrəbistanında 10,7 milyon barrel təşkil edir. Rusiya may ayı ilə müqayisədə gündəlik hasilatını 480 min barel artırıb, 2019-cu ildə bu ölkədə gündəlik neft hasilatının 11,5 milyon barel olacağı gözlənilir. Son 1 ayda Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 226 min barel artırıb. ABŞ-da gündəlik hasilat daha çox artırıldığına görə, bu ölkə Rusiyanı qabaqlayaraq dünya birinciliyinə nail olub. Bunun müqabilində İranda neft hasilatı 8,6 faiz azalaraq gündə 3,3 milyon barelə, Venesuelada isə 5.5 faiz azalaraq 1,2 milyon barelə düşüb. Hər iki ölkədə birlikdə azalma 382 min barel təşkil edir. Venesuela gələn ilin 1-ci rübündə gündəlik neft hasilatını 1 milyon barel artırmağı planlaşdırır. Yeri gəlmişkən onu qeyd edim ki, hazırda Azərbaycanda gündəlik neft hasilatı 800 min bareldir. Oktyabrın 1-ə olan məlumata görə, dünya bazarında neftə olan gündəlik tələb 99.8, təklif isə 100.74 milyon barel olub”.

Yenixeber.org: Bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu dünya neft ticarətində baş verən qiymət azalmasının səbəblərini şərh edərkən bildirib.
İqtisadçı hesab edir ki, yuxarıda göstərilən səbəblərlə yanaşı ABŞ-Çin ticarət müharibəsi, Çində iqtisadi artım tempinin zəifləməsi neftə olan tələbatı da aşağı salıb:
“Odur ki, dekabrın əvvəllərində OPEK+ növbəti toplantısını keçirib, hasilatın azalmasına qərar verməyi planlaşdırır. Lakin bu qərarın verilməsi o qədər də asan olmayacaq, ən azı Səudiyyə Ərəbistanı hasilatın artırılmasında israrlıdır, bu ilin sonunda Rusiya daha 3 neft yatağında hasılata başlayır, ABŞ-da hasilatın məhsuldarlığı artır, eləcə də İrana olan yumşaq sanksiya neft ixracatına və hasilatına ciddi problemlər yaratmır, gələn ildən Venesuela da hasilatı 2 dəfəyədək artırmağı planlaşdırır. Göründüyü kimi, bütün bu proseslər neftin daha da ucuzlaşacağına dair proqnoz verməyə ciddi əsaslar yaradır”.
Q.İbadoğlu hesab edir ki, dünya bazarında neftin gələn ildən sürətlənən qiymət enişi Azərbaycan üçün də yaxşı perspektiv vəd etmir:

“Artıq dünya bazarında cari qiymət büdcədə götürülən 1 barel 60 dollar həddindən aşağıdır. Hazırda Brent markalı neftin dünya bazar qiyməti 58 dollardır. Təbii ki, bu büdcədə neftin qiymətinə yenidən baxılmasına zərurət yaradır. Fikrimcə, növbəti ilin büdcəsi üçün adekvat qiymət 40 dollar götürülməlidir. Hətta qiymət o səviyyədə ucuzlaşmasa da xarici şoklardan sığortalanmaq üçün büdcədə neftin qiyməti aşağı salınmalıdır. Neftin qiymətinin ucuzlaşması icmal büdcənin gəlirlərinə də təsirsiz ötüşmür. Odur ki, Dövlət Neft Fondunun büdcə gəlirlərinin aşağı salınmalı və icmal büdcənin bu mənbədən gəlirinə də düzəliş olunmalıdır”.
Ekspert qeyd edib ki, neftin dünya bazar qiymətinin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinin azalmasını, tədiyyə balansında kəsirin yaranmasını şərtləndirir ki, bu da orta və uzunmüddətli dövrdə manatın dollara nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam