Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Azərbaycanda təmamilə başqa oyun qaydaları var”

 

 

 

    "Xeberinfo.com": ABŞ-ın “Foreign Policy” jurnalı yaxın beş il üçün xarici ölkələrdə sərfəli sərmayə qoyuluşu indeksini tərtib edib. Indeks səkkiz kriteriya əsasında müəyyənləşdirilib. Həmin kriteriyalar bunlardır: iqtisadi artım, maliyyə sabitliyi, fiziki təhlükəsizlik, korrupsiya, hökumətin sahibkarlara münasibəti, yerli partnyorların davranışı, maliyyə vəsaitlərinin hərəkətinə nəzarət və valyuta kursları.

Azərbaycan 112 ölkə arasında 102-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda Afrikanın bir çox ölkələri Azərbaycandan öndədir.

İlk beşlikdə Botsvana, Honq-Konq, Tayvan, Qətər və Sinqapur yer alıb.

ReAL Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda xarici sərmayədarların böyük əksəriyyəti neft və qaz sektorunda cəmləşib: “Burada isə təmamilə başqa oyun qaydaları var. Neft müqavilələrinin hamısı parlamentdə qeydiyyatdan keçir və təsdiqlənir. Bütün sərmayədarların hüquqları çox yüksək səviyyədə qorunur. Ümumiyyətlə sərmayədarlar hər hansısa ölkəyə gəldikdə ilk olaraq həmin ölkənin məhkəmə və ədliyyə sistemi ilə maraqlanır. Çünki, onların hər hansısa mübahisəli məsələlərində ədalətli qərarı çox önəm daşıyır. Azərbaycanda isə bütün reytinqlərdə məhkəmə sisteminin birbaşa icra hakimiyyətinin tapşırığı ilə idarə olunduğu və sifarişli qərarlar verdiyi qeyd olunur. Hesabatda Azərbaycandan öndə olan Afrika ölkələrinin məhkəmə sistemlərində müəyyən irəliləyişlər olub. Məhkəmə azad bir şəkildə qərar verə bilir”.

 

Natiq Cəfərlinin fikrincə sərmayədarlar Azərbaycanla bağlı hesabatları incələdikdən sonra sərmayə qoymağı düşünürlər: “Ancaq Azərbaycan hökuməti təəssüf ki, böyük rəy yarada biləcək təşkilatların Azərbaycanla bağlı hesabatlarını ciddiyə almır. Sərmayəçilər belə hesabatları dəqiqliklə öyrənirlər, sərmayə qoymadan öncə bu hesabatları, yəni, korrupsiya, inhisarçılıqla bağlı, insan haqları ilə bağlı ölkənin reytinqini nəzərə alırlar. Azərbaycanda yalnız siyasi hakimiyyətə yaxın olan sərmayədarların hüquqlarını qorumaq mümkün olur. Bu məsələlərə görə Azərbaycan 112 ölkə arasında 102-ci yerdə qərarlaşmalı olub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam