Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qaz hasilatını 90 ildən çox eyni səviyyədə saxlayacağıq”

 

Azərbaycan öz qaz hasilatını 50-60 mlrd. kub metr qaza çatdırmağı planlaşdırır. 

"Xeberinfo.com":  APA-nın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakı II Qlobal Forumda deyib.
“Bu zaman Azərbaycan əsas qaz ixracatçısı olacaq. Yaxın gələcəkdə Azərbaycanda çox önəmli layihələr həyata keçiriləcək. Bu layihələr bizə imkan verəcək ki, biz qaz ixracatçısı ölkəsinə çevrilək. Məsələn, Cənub Qaz Dəhlizi layihəsi. Bir çox ölkələrin bu layihənin həyata keçirilməsi ilə bağlı xoş məramı var. Maliyyə ilə bağlı problem yoxdur. Maliyyə məsələsini Azərbaycan və onun tərəfdaş ölkələri tərəfindən həyata keçiriləcək. Bu layihə bizə imkan verəcək ki, təbii qazı Avropa bazarlarına çatdıra bilək”, – deyə nazir bildirib.
N. Əliyev bildirib ki, Azərbaycanın çox böyük neft-qaz ehtiyatları var: “Nəzərə alsaq ki, Azərbaycan çox böyük ölkə deyil, ona görə adam başına düşən neft və qaz ehtiyatlarına görə biz dünya ölkələri arasında 10-cu yerdəyik. 10 il bundan qabaq neft hasilatı aşağı səviyyədə idi”.
Qurum rəhbəri deyib ki, son 10 il ərzində Azərbaycan hasilatı artırıb: “Ötən il 42 milyon ton neft hasil edilib. Qaz hasilatı 2003-cü ildə 5 milyard kub metr idi, indi isə 29 milyard kub metr qaz hasil olunur. Ehtiyatlarımız 2,6 trilyon kub metrdir. Bu o deməkdir ki, qaz hasilatını 90 ildən çox eyni səviyyədə saxlaya biləcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam