Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Niyə daha çox qaz və neft ixrac olunur?

 

 

 

Natiq Cəfərli: “Korrupsiya və inhisarçılıq başqa sahələrin inkişafına mane olur”

 

   "Xeberinfo.com": Yanvardan avqusta ixracatda neft 85,61% paya malik olub. Karbohidrogenlərin (qaz və neft məhsulları daxil) ixracatdakı xüsusi çəkisi 92,52 faiz olub.

Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard 133 milyon 507 min dollar olub. İxracatda meyvə-tərəvəz (1,03%), şəkər (1%), bitki və kərə yağları (0,98%), plastmass (0,58%), alüminium (0,35%), çay (0,13%), içkilər (0,16%), kimya məhsulları (0,3%), pambıq (0,06%), qara metal və məmulatı da var.

   Göründüyü kimi ölkənin ixracatında 90 faziindən çoxunu qaz və neft məhsulları tutur. Niyə qeyri-neft sektoruna maraq yoxdur? Daha keyfiyyətli məhsulları istifadə etmirik, yoxsa başqa səbəblər var?

 

ReAL Vətəndaş hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli vəziyyətin uzun illərdir bu cür olduğunu deyir: “Uzun illərdir ki, veziyyet belədir. İxracatda neft və neft məhsulları, qaz üstünlük təşkil edir. Bunun üç səbəbi var. Birincisi, rəqabətli mühit yoxdur, korrupsiya və inhisarçılıq real sektorun inkişafına mane olur. İkincisi, ölkədə bank sektoru zəifdir, ucuz və uzunmüddətli kreditlərə çıxış imkanı azdır. Üçüncüsü, mülkiyyət hüququ qorunmur, azad məhkəmə sistemi yoxdur. Ona görə də, ölkənin real sektoruna investisiyalar gəlmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam