Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Bankı «batıran» bankirlər həbs olunacaq

hebsxanaAzərbaycanda bankların müflisləşməsinə səbəb olan qərarlar verən bank menecerləri cinayət məsuliyyətinə cəlb olunacaq.

Xeberinfo.com:   Fins.az-ın məlumatına görə, bu barədə bu gün işinə başlayan bank forumunda bildirilib.

Forumda Maliyyə Bazaralarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, bank sistemində görüləcək əsas tədbirlərdən biri də bank menecerlərinin məsuliyyətinin ciddi surətdə artırılması olacaq.

«Təkcə lisenziyanın alınması ilə iş bitmir»

Rüfət Aslanlının sözlərinə görə, Plata qarşısına məqsəd qoyub ki, bundan sonra sistemdə olan hər hansı bankla bağlı problem yarananda onun lisenziyasının geri çağırılmasından daha çox «bank rezolyution» alətləri tətbiq edilsin. Bura digər məsələlərlə yanaşı, bank menecmentinin məsuliyyətinin artırılması da aiddir. «Hesab edirəm ki, əgər bank menecmenti bankın fəaliyyəti ilə bağlı yüksək səviyyədə cvavabdehlik daşımalıdır»-deyə Rüfət Aslanlı bank sektoruna xəbərdarlıq edib. Onun sözələrinə görə, hazırda xüsusilə bank menecmentinin məsuliyyəti ilə bağlı hüquqi qanunvericilik paketi hazırlanır».

Bank menecerləri cinayət məsuliyyətinə cəlb oluna bilər

Palata rəhbəri bildirib ki, qanunveriiliyə ediləcək dəyişikliklərdə bu proses (bankların batması) zamanı vergi ödəyicilərinə, ayrı-ayrı şəxslərə və ümumilikdə sistemə dəyən ziyanla bağlı onların məsuliyyət məsələsi həll olunacaq: «Hətta dəymiş ziyanın dərəcəsindən asılı olaraq bu məsuliyyət cinayət məsuliyyətinə qədər qalxa bilər». Başqa sözlə, ola bilər ki, bank menecmenti cinayət məsuliyətinə cəlb olunsun.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam