Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Oliqarx bankları müqavimət göstərir

bankHökumət bankları birləşdirmək üçün sərt addımlar atmağa hazırlaşır

Nemət Əliyev: «Süni şəkildə bankların çeşidlənməsi, onların birləşdirilməsi qətiyyən yol verilməzdir»

Xeberinfo.com:  Azərbaycanda banklar ödəmə qabiliyyətini itirsə belə, onların səhmdarları konsolidasiyaya getməyə maraq göstərmir. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumun 2-ci günündə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquq təminatı İdarəsinin rəisi Nurlan Babayev deyib.

Onun sözlərinə görə, buna səbəb Azərbaycanda bankların birləşməsi üçün korporativ mədəniyyətin formalaşmamasıdır: “Buna görə də, “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Sənəd ödəmə qabiliyyətini itirmiş banklara təyin edilən müvəqqəti inzibatçılara daha geniş səlahiyyətlərin verilməsini, bu yolla bankların sağlam aktivlərinin başqa banklara satılması, əldə edilən vəsait hesabına sağlamlaşdırma işlərinin aparılması, yalnız bu tədbirlər nəticə verməzsə, bankın lisenziyasının ləğv edilməsini nəzərdə tutur”.

Onu da qeyd edək ki, Azərbaycan banklarının səhmdarları  bu ilin sonunadək kapitallaşma ilə bağlı problemləri həll edəcəkləri barədə öhdəlik götürüblər. Bu barədə Bakıda keçirilən bank forumunda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, Patala tərəfindən bankların diaqnostikası aparılıb, kapital çatışmazlığı olan banklar müəyyən edilib».

Palata rəhbəri bildirib ki, kapital problemi olan bankların səhmdarlarına əlavə kapitallaşma tələbi irəli sürülüb və artıq bu proses gedib.

Palata rəhbərinin sözlərindən belə nəticə çıxarmaq olar ki, hazırda işləyən bütün banklar kapital tələbini yerinə yetirə biləcəklər, çünki buna imkanı olmayan banklar artıq sistemdən çıxarılıb.

Bankların birləşdirməyə qarşı çıxması oliqarx maraqları baxımından başa düşüləndir. Çünki maliyyə əməliyyatlarını nəzarətində olan banklar vasitəsilə həyata keçirən oliqarxlar birləşdirmə nəticəsində sirrlərinin açılmasını istəmirlər.

nemet-eliyev

İqtisadçı Nemət Əliyev bildirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bu yaxınlarda açıqladığı məlumatdan belə məlum olur ki, maliyyə vəziyyəti daha ağır olan bankları bir çətir altına toplamaq planlaşdırılır. Vəziyyəti nisbətən normal olan bankların da fəaliyyəti bir olacaq. N.Əliyevin sözlərinə görə, problem ondadır ki, hökumətin atdığı addımların bir çox əks effekt verir: «Hökumətin bu seçismi necə edəcəyi sual doğurur. Maraqlar və məqsədlər fərqli olduğuna görə, dövlətin və xalqın maraqları bir sıra hallarda arxa plana ötrülür. Əgər bu günə qədər bu mexanizm qurulmayıbsa, bundan sonra qurulacağına və bu işi həyata keçirənlərin ədalət prinsipinə riayət edəcəyinə necə inanmaq olmar? Bankları düşdükləri vəziyyətdən çıxarmaq üçün qanunvericilikdə də dəyişiklik edə bilərlər. Amma bu məsələlər təbii qayda da tənzimlənsə daha yaxşı olar. Bank doğurdan da fəaliyyət göstərmirsə, o müflis olur və fəaliyyəti dayandırılır. Bank fəaliyyəti ilə məşğul olmaq istəyən qanunvericiliyin tələblərinə uyğun gəlirsə, onun üçün də yaşıl işıq yandırılmalıdır. Süni şəkildə bankların çeşidlənməsi, onların birləşdirilməsi qətiyyən yol verilməzdir. Azərbaycanda xırda banklar ayrı-ayrı oliqarxlara məxsusdursa, onların birləşdirilməsi istiqamətində də problem yaranacaq. Amma hər bir halda bu məsələyə məmur gözüylə baxılmamalıdır. Qayda və qanun əsas götürülməlidir. Qanunvericilikdəki tələblərə cavab verən banklar mövcuddursa, onlara arxa-dayaq olmaq lazımdır».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam