Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

oqtay-haqverdiyev

 

Oqtay Haqverdiyev: «Gəlirlərdən istifadə edi bilmirik və sadə dillə desək, «mayadan yeyirik»

 "Xeberinfo.com: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 50 faiz azalıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard 325,9 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2 milyard 231,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, xarici ticarətdə müsbət saldonun azalması mövcud iqtisadi böhranın nəticəsidir. Böhran ilin əvvəlindən özünü göstərirdi və indi də davam edir. Ekspert qeyd edir ki, bir müddət əvvəl ixrac strukturumuzda neftin payı 93 faizə gəlib çatmışdı: “Indi struktur dəyişib və neftin xüsusi çəkisi azalıb. Qiymət aşağı düşdükcə də ixracın həcmi azalır. Doğrudur, idxalda da azalma müşahidə edilir, amma bu, ixracdakı səviyyədə deyil”.

Ekspert xarici ticarətdə müsbət saldonun azalmasının nəticəsinin tədiyyə balansında müşahidə edildiyini vurğulayır: “Yəni gəlirlərdən istifadə edi bilmirik və sadə dillə desək, ”mayadan yeyirik”. Dövləti saxlamaq üçün belə vasitədən istifadə etməyə məcburuq. Bu isə müsbət sonluqdan xəbər vermir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam