Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Son 5 ayda xarici ticarət dövriyyəsi 32% azalıb

gomruk ticaret2016-cı ilin 5 ayında Azərbaycanda təsərrüfat subyektlərinin xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 381 milyon 408 min dollar olub.

Xeberinfo.com:   Bu, ötən ilin eyni dövründəkindən 31.78 % azdır. Bu barədə “Turan” agentliyi Dövlət Gömrük Komitəsinə istinadla məlumat yayıb.

İxrac əməliyyatları azaldığı üçün xarici ticarət balansında 281,4 milyon dollar həcmində mənfi saldo yaranıb. Təkcə may ayında idxal (737,3 milyon dollar) ixracdan 137,2 milyob dollar çox olub.

Beş ayda 3 milyard 50 milyon dollar məbləğində mal ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən 42,2% azdır. Eyni dövrdə 3 milyard 331,4 milyon dollar məbləğində mal idxal edilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 18,2% azdır.

İxracatda neft-qaz sektorunun payı 84,7% olub. “Turan”ın hesablamasına görə, qeyri-neft-qaz məhsulları ixracı (464,4 milyon dollar) 5 ayda 276,8 milyon dollar azalıb.

Xatırladaq ki, 2015-ci ilin yanvar-mayında xarici ticarət əməliyyatlarının həcmi 28% azalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam