Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda aqrar sektor 3%-dən çox böyüyüb

 

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 558,1 mln. manat təşkil edib ki, bunun da 542,5 mln. manatı heyvandarlıq, 15,6 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb

 

Yenixeber.org: Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən bitkiçilik məhsulları üzrə 43,8%, heyvandarlıq məhsulları üzrə isə 2,6% artıb.

Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Martın 1-nə kimi 47,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 4,1 min hektar sahədə dənli və dənli paxlalılar, 10,1 min hektar sahədə kartof, 9,6 min hektar sahədə tərəvəz, 23,6 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə sair bitkilər əkilib.

Təsərrüfatlarda 16,3 min ton və yaxud illik müqayisədə 1,9 dəfə çox tərəvəz məhsulları istehsal edilib.

Quş əti də daxil olmaqla diri çəkidə 78,2 min ton ət, 299,8 min ton süd, 281,9 mln. ədəd yumurta istehsal edilib, 2017-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4%, süd istehsalı 1,1%, yumurta istehsalı 1,1% artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam