Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Neft və qazdan asılı olmayacağıq"

 

Neftin dünya bazarında qiymətinin düşməsi, Azərbaycan hökumətini qeyri-neft sektorunun inkişafına dəstək olmağa məcbur etdi. Nəticə olaraq, son günlərdə prezident İlham Əliyev  çıxış və tapşırıqlarında ölkədə sahibkarlığın inkişafı üçün güzəştlərə gedilməli olduğunu vurğuladı. Həmçinin ölkədə artıq zavodların da  fəaliyyətlərinin bərpasına başlanılıb.
Bəs Azərbaycan büdcəsinin neft asılılığından çıxması  üçün neçə il lazım olacaq?
"Xeberinfo.com":  Məlumata görə, məsələ ilə bağlı musavat.com-a iqtisadçı ekspert Oqtay Haqverdiyev danışıb. O bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün 2030-cu ilə qədər iqtisadi proqramlar mövcuddur:
“Qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün 2018,  2020 və 2030-cu ilə qədər proqramlar mövcuddur.  2030-cu ilə qədər olan artıq konsepsiyadır.  Bu gün Azərbaycanda Ümum Daxili Məhsulun (ÜDM) təxminən 32 , dövlət büdcəsinin isə 70 faizi neftdən asılıdır.  Bu asılılıq yuxarıda söylədiyim müddətlərə uyğun tədricən azalacaq. “Şahdəniz-2” layihəsini də nəzərə alarsaq, 10 ildən sonra neft və qazdan bir o qədər də asılı olmayacağıq. Söylədiyim müddətdən sonra asılılıq təxminən 10 faiz civarında olacaq”. 
Ekspert son zamanlar sahibkarlıqla bağlı dövlət tərəfindən atılan addımları da dəyərləndirib:
“Mərhum ulu öndər Heydər Əliyev sahibkarlarla  iki dəfə görüşüb. Onun  birində mən də iştirak etmişəm.  Yadımdadır ki, Heydər Əliyev hər bir sahibkardan ayrı-ayrılıqdan probleminin nə olduğunu soruşurdu.  Eyni zamanda o sahibkarlardan təklif vermələrini də istəyirdi. Görüşlərdən  sonra isə o, öz fərmanlarını verirdi. Həmin fərmanlardan biri də o idi ki, sahibkarların işini təkcə Maliyyə Nazirliyi yoxlaya bilər. Qalan qurumların sahibkarlar üzərində  yoxlama aparmaları mərhum prezident tərəfindən qadağan edilmişdi. Onun bu qərarına təxminən  bir il yarım müddətində tam riayət olundu. Sonra isə  yenidən hər  nazirlik özlərinin daxilində bir qurum yaradaraq, yoxlamalara başladılar. Hesab edirəm ki,  bu günlərdə  qəbul edilən qərarda sahibkarların yoxlanılmasının yalnız 2 il müddətinə dayandırılması bir qədər yaxşı olmadı. Çünki sahibkarlar adətən perspektivə baxaraq iş görürlər. Yəni sahibkar düşünür ki, bu işə başlayıramsa 5 il sonra nə əldə edəcəm. İndi isə sahibkar düşünür ki, tutalım 2 il müddətində mənə dəyməyəcəklər, bəs sonra nə olacaq? Hər halda düşünürəm ki,  qanun layihəsində 2 il götürülməli, müddət qoyulmamalıdır”.
O.Haqverdiyev bütün bunlara baxmayaraq, qəbul edilən qərarların kiçik və orta sahibkarlığın inkişafına səbəb olacağını bildirib:
“İri sahibkarların işləri tamam başqadır. Ancaq qəbul edilən son qərarlar kiçik sahibkarlığın inkişafına səbəb olacaq. Eyni zamanda lisenziyaların ləğvi də ölkədə qeyri-neft sektorunun inkişafına səbəb olacaq. 2000-ci ilin əvvələrində Azərbaycanda  cəmi 17 lisenziya var idi. İndi isə onların sayı 100-dən yuxarı olub. Bunun özü də düzgün deyil.  Ölkədə böhran olmasaydı 2016-cı ildə Ələt qəsəbəsindəki neft-kimya kompleksinin tikintisinə başlamalı idik. Artıq elə bir zaman gəlib ki, qeyri-neft sektoru dedikdə misal üçün pomidorun emalı ilə məşğul olmaq nəzərdə tutulmasın.  Belə işlər neft sektoruna alternativ ola bilməz. Elm tutumlu iri  müəsisələr qurulmalı, yeni iş yerləri yaradılmalıdır. Xüsusilə də tikiləcək zavodların rayonların payına verilməsi üstünlük təşkil etməlidir. Ən əsası isə qeyd etdiyim kimi qeyri-neft sektorunun inkişafı üçün əsaslı və böyük layihələr üzrə işlərə başlanılmalıdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam