Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

DEVOLVASİYA TAPMACALARI

 

BAŞ BANKİRİN, MALİYYƏ BOSUNUN VƏ İNKİŞAF NAZİRİNİN TƏQDİMATINDA

Xeberinfo.com:  Devolvasiyanın ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, lağlağa ədəbiyyatımız inkişaf etdi, söyüş və qarğış yanrı həm hakimi-mütləqlərin, həm də mütləqi-məhkumların dilində özünün ən pik nöqtəsinə çatdı. Şifahi xalq ədəbiyyatımız yeni dövrün incəliklərilə zənginləşdi, zənginlərimizlə dilənçilərimiz səfə düzülüb tap-tabbaca oyunu oynamağa başladılar. Nümunələrə baxaq.
SAMİR ŞƏRİFOVun tapmacaları:
"Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə heç dövlət yada düşmürdü".
 
"dövlət bankla müştəri arasına niyə girməlidir?"
""güzəşt birinə edilərsə, sabah da başqa bir qrup güzəşt olunmasını istəyəcək"....
MƏNTİQ NƏ DEYİR:
- deməli, kredit verən banklar dövlət içində dövlət olub və Elman Rüstəmov da, Samir Şərifov da buna göz yumub
- deməli, azərbaycanda xalqla dövlətin birliyi yoxdur, dövlət var, bank var, xalq yox, müştəri var
- deməli, güzəşt mümükündür, sadəcə olaraq, monopolistlər yığdıqlarını asanlıqla itirmək istəmirlər. Dirəniş göstərməklə bilərəkdən, ya da bilməyərəkdən sosial narazılıqları stimullaşdırmaqla ikibaşlı oyun oynayırlar...
Sadalanan üç halın hər biri gerçək motivli olmasa da, ancaq nəzərə alsaq ki, Samir Şərifov bir dövlət məmurudur və bu dövlət məmurları işə qəbul olunarkən onların məntiqi analiz qabiliyyətləri də ən yüksək səviyyədə test olunur, onda düşünməyinə dəyər...Mətbu prinsiplərə zidd olsa da, mən fərd olaraq maliyyə bosunun mesay xarakterli bu açıqlamasını sadəcə olaraq emosional davranışdan irəli gələn bir hal və idarəçilikdə naşılıq ucbatından ac-yalavac milləti özüylə bərabər çıxılmaz labirintə soxmanın görüntüsü kimi qiymətləndirirəm...
ELMAN RÜSTƏMOV "Tarixi-Nadir"i yarıya qədər oxuyan millətə monopolist qottentotların, inhisarçı şimpanzelərin, korrupsioner makakaların banan sevgisindən danışır. Böhran proqramının vacibliyindən danışanların övladları sosial şəbəkələrdə "230 min dollarlıq saat" fason göstərirlər. Bəyəm böhran belə olur? Bu adamlar indi-indi ölkə başçısının göstərişiylə, təklifiylə qiyməti 3500- 7500 manat arasında olan "Naz-lifan" almağa başlayırlar. Bundan qabaq isə bəhsəbəs olub. Sual olunur, ay bu günün böhran proqramından danışan nazir və komitə rəhbərləri ayıb olmasın siz hansı pullarla 500 minlik maşın almısınız? Axı sizlərin əmək haqqınız tikintidə, neft sənayesində işləyən fəhlənin, adi "Kamaz şoferi"nin əmək haqqından da azdır. Ancaq nədənsə həmin adamlar bu gün kreditin içində boğulur, sizlərsə yağla balla zəhərlənirsiniz.Necə olur bu? Onsuz da xarici banklardan, beynəlxalq Fondlardan götürülən kreditlərin hesabına nəinki indiki nəsil, hətt gələcək nəslin belə ruzisinə şərik çıxan bu adamların cəmiyyəti hər zaman arxayın salmaları elə millətin başının altına qoyulan yastıq olub ki, indi də özlərinə tanış gəlir. Onlar başlarının altına pul kisələrini, millət də boş-boş vədləri qoyub.
 
- deməli, ölkəni böhran həddinə gətirən elə sizlərsiniz, cənablar! Ona görə də, böhrandan dəyən zərbənin ağrı-acısını da maliyyə, iqtisadi inkişaf və bank sektoruna rəhbərlik edən kəslər çəkməlidirlər. Özü də fərdi olaraq, çünki məhz sizlərin səriştəsizliyiniz və iddialarınızın nəticəsində bu gün vətəndaş özünə intihar edir, vətəndaş oğurluq edir, vətəndaş üzünü xaricə tutub hansısa terrorist təşkilata, islam dinini məhvə sürükləyən Səud övladlarının camiyəsinə qoşulurlar.....
ŞAHİN MUSTAFAYEVin ağızdolusu danışdığı iqtisadi yüksəliş sabun köpüyündən betər oldu. Zaman-zaman iqtisadi sektorun inkişaf etdirilməsinin vacibliyi ölkə başçısı tərəfindən vurğulanıb. Fakt faktlığındadır. Ancaq bugünkü reallıq onu göstərir ki, iqtisadiyyatımızın inkişaf etdirilməsində yükümlü olan Şahinmustafayevlərin dilə gətirdikləri rəqəmlər ancaq və ancaq deklorativ xarakter daşıyırmış. Bu necə iqtisadiyyatdır ki, neft ixracatını nəzərə almazsaq bizimlə müqayisədə dəfələrlə az resursa malik olan Gürcüstanın ixracatı Azərbaycanı üstələyir. Ən adi elementar məhsulları belə idxal edirik. Bəs Şahin Mustafayevin söylədiyi nağılların kökündə nə durur, reallıq nə deyir?
-deməli, qoyulan yatırımlar da korporativ maraqlara yönəli sahələrə aid olub ki. indi Toplumun gözünə görünmür...
Devolvasiya da bir zəhərə dönmüş sovqat oldu, gəldi bizimçün. Ətrafımızda hürüşən İtlərin kefi göyə qalxdı, İt gününün özünə əlçatmaz kimi baxıldı. Qazancımız ah-zar, dərdü-sər oldu. İtirdiyimiz torpaq idi, indi də inam oldu.Gələcəyimizi hansı ümidlər və gözləntilər üzərində qura biləcəyik, oni Bir olan Allah bilir. Həyatımız bir tapmacaya dönüb....

P. S. Deyir, kasıbın evində dəmir tapılmaz, ancaq itinin adını Gümüş qoyar....

İGİD TEYMURLU

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam