Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Konstitusiya Məhkəməsinin qərarına əsaslanıb, krediti ödəməmək olar”

 

Əkrəm Həsənov: “Banklar necə sübut edəcəklər ki, 5000 dollarlıq kredit üzrə güzəşt etmək üçün maliyyə imkanına malik deyillər?”

 

“Banklara dollar kreditləri olanlar indi ilk növbədə Konstitusiya Məhkəməsinin qərarına hörmət etməlidir. Nəinki qərarın hərfi mənasına, həmçinin hakimlərin məntiqinə...” 
Hüquqşünas Əkrəm Həsənov Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı qərarından vətəndaşların xeyrinə çıxarılan nəticədən danışıb. 
“Nəinki bu məntiqə hörmət etsinlər, həmçinin həmin məntiqi rəhbər tutsunlar”, - deyə o, bildirib. 
Ekspert qeyd edib ki, vətəndaşlar qərarın 6-cı bəndinə əsaslanaraq, hərəkət etsinlər: “Orada deyilir ki, “Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq, həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin”. Xatırladıram ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir. Deməli, sözügedən 6-cı bəndin məcburi qüvvəsi var”.
Ekspert qeyd edib ki, həmin bənd ilk növbədə əhalinin maraqlarının nəzərə alınmasını tələb edir: “Buna görə də borc alan yubanmadan artıq bazarertəsi getsin, banka və təxmini belə məzmunlu ərizə yazsın. Mənim marağım ondan ibarətdir ki, 5000 dollar qalıq borcum üçün kredit müddəti 2 il əvəzinə 12 il olsun, faiz dərəcəsi isə 30 faiz əvəzinə 3 faiz olsun və “digər güzəştli şərt” qismində müəyyən olunsun ki, kredit müddəti ərzində krediti istənilən dövriliklə qaytara bilərəm. Tələb edirəm ki, KM qərarının 6-cı bəndi əsasında kredit müqaviləsinə düzəliş edəsiniz”.
Ə.Həsənovun sözlərinə görə, bank cavab verəcək ki, Konstitusiya Məhkəməsinin qərarının 6-cı bəndinə əsasən, onun maliyyə imkanları yalnız ona imkan verir ki, kredit müddəti 2 il əvəzinə, 2,5 il olsun, faiz dərəcəsi isə 30 faiz əvəzinə 29 faiz olsun: “Borc alan da cavab olaraq bankdan maliyyə imkanlarının yalnız buna çatdığının sübut edilməsini tələb etsin. Eyni zamanda bildirsin ki, bank bunu sübut etməyənədək kredit üzrə heç bir ödəniş etməyəcək və bu müddət ərzində faizlərin hesablanması dayandırılmalıdır. Bundan sonra bank borc alana qarşı məhkəmədə iddia qaldıracaq və tələb edəcək ki, borc alan krediti qaytarsın. Təbii ki, faizlərin hesablanmasını da dayandırmayacaq. Borc alan da məhkəmədə desin ki, bank KM qərarına əməl etmir. Bankın maliyyə imkanının sübut edilməsi üçün isə ekspertizanın təyin edilməsini tələb etsin. Nəzərə alaraq ki, bankları bahalı audit şirkətləri audit edir, ekspert qismində də məhz onlar çıxış etməlidirlər. 
Həmin audit şirkətləri sübut etməlidir ki, konkret olaraq, bu borc alanın marağında olan güzəştlərin edilməsinə bankın maliyyə imkanı kifayət etmir. Baxaq, görək necə sübut edəcəklər ki, bank tutaq ki, 5000 dollar kredit üzrə güzəşt etmək üçün maliyyə imkanına malik deyil? Hətta deyə bilərsiniz ki, adını bank qoyub, 5000 dolların söhbətini edir. Məhkəmədə faizlərin dayandırılması tələbini də onunla əsaslandırın ki, kredit ödənişinin dayanması bankın təqsiri ucbatından baş verir: indiyə qədər maliyyə imkanını sübut edə bilməyib. Buna görə də, bu müddət ərzindəki zərər də ona aiddir”. 
Ekspert qeyd edib ki, paralel olaraq, vətəndaş bütün aidiyyəti dövlət orqanlarına da şikayət etməlidir:“Hər şikayətdə mütləq deyin ki, Konstitusiya Məhkəməsinin məntiqinə əsaslanırsınız. Məhkəmə xalqı düşünərək, qərarına 6-cı bəndi daxil edib, amma banklar həmin bəndə riayət etmirlər. Ağlayırlar ki, maliyyə vəziyyətimiz pisdir. Pisdirsə, sübut etsinlər!”
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam