Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ŞƏRİFOV – RÜSTƏMOV SAVAŞINDA YENİ MƏRHƏLƏ

samir-elman-e1459546289389

Yüksək faizli istiqrazlar bankları əmanətsiz qoya bilər

Xeberinfo.com:  Xəbər verdiyimiz kimi aprelin 5-də Bakı Fond Birjasında keçirilən hərraca Maliyyə Nazirliyinin 15 milyon manat dəyərində qısamüddətli istiqrazları çıxarılıb. Nazirlik məlumat yayıb ki, investorların hökumətin borc kağızlarına marağı təklifi qat-qat üstələyib. Onların təqdim etdikləri sifarişlərin nominal üzrə ümumi məbləği 56,5 milyon manat olub.
Nəticədə 15 milyon manat məbləğində dövlət istiqrazların gəlirliyi illik 12.1455 faiz müəyyən olunub. Onların dəyəri 3 aydan sonra odəniləcək.
Bu istiqrazların ödənilmə qaydası belədir ki, investor onu nominal qiymətindən ucuz alır, ödəniş vaxtı gələndə isə tam dəyərini alır.
Bu il keçirilən hərraclarda Maliyyə Nazirliyinin istiqrazlarının ən yüksək gəlirlilik faizi 17,7 faiz olub.
Nazirlik həm manat (400 milyon manat), həm də ABŞ dolları (500 milyon dollar) nominallı istiqrazlar buraxıb. Hələ ki, onların az bir hissəsi investorlara satılıb.
İstiqraz satışı iki maliyyə bossu arasında gedən mübarizənin nəticəsi kimi meydana gəlib. Ikinci devalvasiya zamanı manatın dollara münasibətdə kursunun 1.10-1.20 müəyyənləşdirilməsinin tərəfdarı olan MB rhbəri Elman Rüstəmov istəyinə nail olmayıb. Nəticədə maliyyə naziri Samir Şərifovun təkidi ilə manatın dollara münasibətdə kursu 1.55 civarında təyin olunub. Əlbətdəki burada S.Şərifovun hədəfi E.Rüstəmovdur. Çünki E.Rüstəmov ölkədə inflyasiyaya cavabdehdir. Amma devalvasiyanın yüksək olması maliyyə nazirinin maraqlarına uyğundur. Çünki devalvasiya istənilən halda qiymətlərin artımı deməkdir. Bu da büdcənin dolmasını təmin edir.

Elman Rüstəmovla Samir Şərifovun məzənnə savaşı

Dekabr devalvasiyasından sonra baş verən proseslərə də diqqət yetirək. Rəsmi məlumatlara görə ikinci devalvasiyadan sonra banklardan 2.3 milyard manat vəsait çıxarılıb. Bu banklara olan etibarın azalmasından qaynaqlanır. Belə bir ərəfədə maliyyə naziri Samir Şərifov bəyan edir ki, əgər əhali banklara inanmırsa, o zaman dövlətin bir müddət sonra buraxacağı istiqrazlara pul yatırsın. Dövlət istiqrazlar buraxdı və ilkin olaraq 15 milyon manatlıq istiqraz alındı. Amma burada da diqqət çəkən məqamlar az deyil. Istiqrazlar 14 faizlə verilir. Bu göstərici isə bankların manat üçün verdiyi faizdən artıqdır. Ekspertlərin fikrincə, bu cür vəziyyətin yaranması iqtisadiyyat üçün təhlükəlidir. Çünki iqtisadiyyatın investisiyası dayana bilər. Çünki banklar da əhaliyə kredit verməkdə maraqlı olmayacaq. Banklar əmanətlərdən götürdüyü vəsaiti istiqraz alaraq fəaliyyətlərini davam etdirə bilərlər.

İsitiqrazlar iqtisadiyyata yatırımı azaldacaq

Nəticədə 3 diqqət çəkən məqam yaranır. Birinci məqam odur ki, istiqrazlar daha cəlbedici olacaq. Çünki, istiqrazlara zəmanəti dövlət banklara yatırılan əmanətlərə isə zəmanəti bank verir. Bankların reytinqinin aşağı düşməsi istiqrazları daha cəlbedici edir.
İkinci mühüm məqamlardan biri budur ki, əmanətlər üçün faizi banklar verməlidir. Istiqrazların faizini isə dövlət qarşılayacaq. Bu da dövlətin ziyana düşməsi deməkdir.
Nəhayyət sonuncu məqam budur ki, qeyd etdiymiz kimi istiqrazlar üçün verilən 14 faiz bankları iqtisadiyyata yatırımdan uzaqlaşdıra bilər. Çünki problemli kreditlərin daha da artdığı bir zamanda banklar üçün yeni risklərə girmək arzuolunan deyil.
İqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, maliyyə nazirliyinin buraxdığı istiqrazlar banklara marağı azaldacaq. Maliyyə Nazirliyinin büdcənin doldurulması baxımından siyasət yürütdüyünü deyən O.Haqverdiyev vurğuladı ki, bu düzgün siyasətdir: “Məncə, Mərkəzi Bankın oyunlarındansa Maliyyə Nazirliyinin addımları düzgündür. Çünki Mərkəzi Bank istəyir ki, inflyasiya olmasın, manat stabil qalsın. Bu da iqtisadiyyata zərbədir. Dövriyyədəki manat kütləsi ciddi şəkildə azalıb. Hazırda dövriyyədə 4 milyarddan bir qədər artıq manat var. Belə bir şəraitdə iqtisadiyyat necə kreditləşdiriləcək. Ona görə qərar verildi ki, bir ay ərzində dollarla kreditlər verilməsin”.(azadıq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam