Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyalı analitik: 20 dollara neft hamı üçün fəlakətdir

Neft rekord qırmağı davam etdirir və ilin əvvəlindən artıq 20% ucuzlaşıb.

Xeberinfo.com:  Məlumata görə, Brent-in barreli təxminən 28 dollara satılıb. İxracatçılar toqqanı bərkidir və ziyanı, idxalatçılar isə aşağı qiymətdən mənfəəti hesablayırlar.

Bu arada Oilprice.com-un analitiki Nik Kanningem hesab edir ki, ucuz neft perspektivdə təkcə ixracatçı ölkələr üçün yox, həm də digər itisadiyyatlar üçün problemlər yaradacaq. Qiymətlər bir sıra səbəblərə görə düşməyi davam etdirir. Bu, həm Çin iqtisadiyyatı (ən böyük xammal istehlakçısı) xüsusunda təşviş, həm təkrar neft istehsalı ilə bağlı əndişə və həm də beynəlxalq sanksiyalardan azad olmuş İran amilidir.

Tehran artıq gündəlik ixracatı 0,5-1 milyon barrel çoxaltmağı vəd edir. İran hökuməti sanksiyalar götürüləndən dərhal sonra hasilatın artırılması haqda sərəncam verib. Bütün bunlardan əlavə, İran həm də artıq hasil edilmiş və artıq indi satışa buraxa biləcəyi böyük neft və kondensat ehtiyatlarına sahibdir. Düzgün həcm haqda məlumatlar ziddiyyətlidir, lakin hesab edilir ki, İranın sərəncamında 12 milyon barrel xam neftlə 18 tanker və 24 milyon barrel kondensat var. Bunlar onsuz da doymuş bazara çıxsa, qiymətlər lap aşağı düşəcək.

Hesab olunur ki, ucuz neft dünya iqtisadiyyatı üçün faydalıdır, çünki aşağı qiymətlər istehlakçılara sərfəlidir. Lakin artıq indidən əlamətlər var ki, qiymətlərin bu cür irimiqyaslı çöküşü inkişafa əngəl yaradan amil ola bilər. Söhbət təkcə öz xərclərini azaltmağa məcbur olmuş neft-qaz sektorundan getmir: bugünlərdəki dəyərləndirməyə əsasən, sənaye təmsilçiləri 2014-cü ildən 380 milyard dollarlıq layihələri büküblər.

Rusiyanın ən böyük neft şirkəti LUKOYL-un prezidenti Vahid Ələkbərov RBK-ya müsahibədə bildirib: “30 dollardan çıxış etsək, onda bu ilə planlaşdırdığımız 8,5 milyad dollarlıq yatırımı, təxminən, 1,5 milyard dollar ixtisar etmək lazım gələcək”.

İki ildə neft qiymətlərinin 70% düşdüyü durumda neft-qaz şirkətlərinin satışla bağlı problemləri başlayır. Onların məsrəflərinin azaldılması digər sahələrə də təsir edir. Qiymət uçqunu neft-qaz sənayesi üçün avadanlıqlara tələbatın düşməsinə səbəb ola bilər. Bundan başqa, maliyyə sektoruna da pis təsiri olacaq. İri banklar artıq bunu öz üzərində hiss edir. Citigroup-un məlumatına görə, 2015-ci ilin IV rübündə (ötən ilin anoloji dövrü ilə müqayisədə) problemli korporativ kreditlər, təxminən, üçdəbir qədər çoxalıb.

Wells Fargo öz növbəsində daha çox neft-qaz sektorundakı durum üzündən məsariflərin artdığı haqda məlumat verir. (Vahid Ələkbərov həmin müsahibədə bu problemi Rusiyanın timsalında izah edir: “Neftçilərin artıq indi heç bir pulu qalmır! Neftçilər bütün pullarını yatırıma, Rusiya sənayesinin inkişafına qoyurlar. Biz onu xərcləməyi dayandırsaq, külli miqdarda, xüsusən də qara metallurgiya, boru sənayesi, yüngül sənaye, maşınqayırma ilə bağlı olan monoşəhərlər sadəcə duracaq”.)

Baş verənlər faiz taiflərinə də toxuna bilər – lakin düşünüldüyü kimi yox. Bir tərəfdən, enerji daşıyıcılarına aşağı qiymətlər inflyasiyanın enməsinə səbəb olur, mərkəzi banklara iqtisadiyyatın stimullaşdırılması üçün təcavüzkar monetar siyasət yürütmək imkanı verir. Lakin qiymətlərin kəskin şəkildə düşməsi buna gətirib çıxardır ki, dövlətin daha çox neft gəlirlərindən maliyyələşən yatırım fondları öz ölkələrinin büdcəsinə yardım olaraq vəsaitlərini maliyyə bazarlarından çıxartmağa başlayır. Bu qurumlar 2015-ci ilin aprelindən sentyabrınadək 100 milyard dollara qədər geri çəkib. Bu məbləğin, təxminən yarısını Səudiyyə Ərəbistanının vəsaiti təşkil edir. Bu, hələlik 7,2 trilyon dollar təşkil edən bu cür yatırımların ümumi həcminin cüzi bir hissəsidir. Lakin yatırımçılar aktivləri satmağa başlayarkən hətta bu da faiz tariflərinin atmasını törədə bilər.

Ekspert hesab edir ki, ən azı, yaxın gələcəkdə neft qiymətlərinin artacağını gözləmək lazım gəlmədiyindən, bütün bu effektlər son dərəcə aşkar şəkildə üzə çıxır.

 

Mixail Tişenko

Slon Magazine (Rusiya), 21.01.2016


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam