Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Neft istehsalı və ixracatı ilə bağlı hazırkı siyasət davam etdiriləcək”

İranın neft naziri: “Neft istehsalı və ixracatı ilə bağlı hazırkı siyasət davam etdiriləcək”

 

 

“Heç bir şey İran neftinin istehsalının artırılmasına və ixracatına mane ola bilməz”.
 
Xeberinfo.com:   Məlumata görə, bunu Tehranda keçirilən neft-qaz sərgisində neft naziri Bijən Namdar Zəngənə deyib. Onun sözlərinə görə, İran dünya bazarında itirilmiş payını geri qaytaranadək neft istehsalı və ixracatı ilə bağlı hazırkı siyasətini davam etdirəcək. B.N. Zəngənə bildirib ki, birgə fəaliyyət planının icrasının hökumət üçün ən önəmli nailiyyəti neft ixracatının artırılmasıdır: “Ona görə ki, biz sanksiyalar zamanı yalnız 1 milyon barel neft ixrac edirdik,  kondensatı da nəzərə alsaq, bu rəqəm 1 milyon 350 min barel təşkil edib. Lakin bu gün bizim ixracatımız gündəlik 2 milyon bareli keçib və  kondensantla birgə bu rəqəm 2 milyon 400 min barelə çatıb”.
 
B.N.Zəngənə əlavə edib ki, cari ildə İranın neft-kimya məhsulları istehsalının həcmi 40 mlrd. dollara çatdırılacaq: “Neft-kimya sənayesi istehsalı işsizliyin aradan qaldırılması və xam neftin satışının qarşısını almaq məqsədi ilə artırılacaq”.
 
İranın neft naziri yeni neft müqavilələri məsələsinə də toxunub. “Yeni neft müqavilələrində daxili və xarici ehtiyatlardan istifadə nəzərdə tutulub və əcnəbilər bu müqavilələrdə yalnız idarəetmə ilə bağlı öhdəlik daşıyırlar, icranı isə iranlı şirkətlər həyata keçirəcək”, - deyə B.N.Zəngənə vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam