Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səudiyyə Ərəbistanı və İranın neft rəqabəti qızışır

Iran_KSA-Oil-1

Səudiyyə Ərəbistanı və İran, OPEC-in düşən qiymətləri balanslaşdırmanın yollarını müzakirə etmək üçün qeyri-rəsmi görüşlər keçirəcəklərini açıqlamasından sadəcə bir neçə gün sonra belə, bazar payı uğrunda “müharibəni” davam etdirirlər.
Xeberinfo.com:  “Marja” xəbər verir ki, OPEC, üzv ölkələrin gələn ay Əlcəzairin paytaxtında qeyri-rəsmi danışıqlar aparacaqlarını açıqlamışdı.

Məsələ ilə bağlı məlumat sahibi olan mənbəyə görə, dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistan, İyul ayında gündəlik neft istehsalını rekord səviyyə olan 10.67 milyon barrelə çıxardıb. Fars xəbər agentliyinin neft naziri Bijan Namdar Zanganeh-ə istinadən verdiyi xəbərə görə, İranın neft hasilatı gündəlik 3.85 milyon barrel olub. Beləliklə, Bloomberg tərəfindən toplanan məlumat bu rəqəmin 2008-ci ildən bəri ən yüksək səviyyə olduğunu göstərir.

Analitiklər bildirirlər ki, bu bazarlara bir siqnal verir. Səudiyyə və İran bazara daha çox neft çıxartmaqda və istehsalı azaltmamaqda davam edəcəklər. Aparılacaq danışıqlara baxmayaraq, konkret bir razılaşmanın olacağına inanılmır.
Səudiyyə Ərəbistanı yay aylarında kondisionerlərin yüksək enerji tələbatını ödəmək üçün tipik olaraq daha çox neft istehsal edir. Krallıq həmçinin rəqibi olan İranla bazar payı müharibəsinə girib və iki ixracatçı ölkə üçün ən böyük bazar olan Asiyadakı müştəriləri üçün qiymətləri salıblar. Küveytdə bu gündən etibarən Asiya üçün, Avqust ayında barelə 1.70 dollar, Sentyabr ayı üçün 2.65 dollar endirim edəcəyini açıqlayıb.

OPEC-in hasilatı azaltmaq qərarı üçün çağırışlar edən daha kiçik istehsalçılar, 2014-ün ortalarından bəri 50%-dən çox düşən neft qiymətlərinə sadəcə seyr edirlər.
OPEC-in üzvü olmayan Rusiyanın hasilatı dondurmaq səyləri Aprel ayında müzakirə edilmiş, amma Səudiyyə Ərəbistanının İranın da müqavilənin bir hissəsi olmasını tələb etməsi nəticəsində uğursuzluğa düçar olmuşdu. İran istehsalı məhdudlaşdırmağı rədd etməyə davam edir, hər hansı bir məhdudlaşdırmanı qəbul etmədən əvvəl sanksiyalardan əvvəlki hasilat səviyyəsinə nail olmaq istəyir.

OPEC-in aylıq hesabatına görə, qiymətləri üç ayın ən aşağı səviyyəsinə gətirən qlobal neft bazarlarındakı zəiflik, tələbin payız-qış mövsümündə azalması və ehtiyatların dolu olması ilə davam edə bilər. Brent neftin qiyməti, Bakı vaxtı ilə saat 06:50-də 43,79 dollara düşüb. Brent neftinin qiyməti 2 avqustda 41.51 dollara düşmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam