Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

"Banklarda olan bütün əmanətlərin 75,4 faizi dollarladır"

Qubad İbadoğlu:

 

 

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, son zamanlar hər kəs pulun olmamağından gileylənir. 
 
Xeberinfo.com:   Məlumata görə, iqtisadçı alim bu barədə şəxsi feysbuk səhifəsində yazıb: "Bakıda yaşayan dost-tanışdan tez-tez eyni məzmunlu məlumatlar alıram. Son zamanlarda bu adamların əksəriyyəti ölkədə pul çatışmazlığından gileylənirlər. Kimin halını xəbər alırsan, deyir ki, pul yoxdur, ona görə də vəziyyət pisdir. Evini icarəyə verən deyir ki, kirayəşin, mağaza işlədən alıcı, taksı sürən sərnişin tapa bilmir. Onların hamısının fərqli problemləri olsa da səbəbini yalnız pulun azlığında görürlər. Belə görsənir ki, ölkədə çox adam pul axtarır və onu da tapmaq əvvəlki kimi asan deyil. Belə ki, hazırda işçiləri kalkulyatorlu MTN generallarının dövlət büdcəsindən və sahibkarlardan oğurladıqlarını, banklar, iş adamları və ticarətçilər əvvəl qazandıqlarını, sadə vətəndaş da gündəlik çörək pulunu axtarmaqdadır. Amma pul axtaranların siyahısı bununla bitmir. İqtisadi göstəricilərin təhlili göstərir ki, ölkədə pul axtaran yalnız sadalananlar deyil, həm də pulu istehsal edən banklardır. Çünki, mövcud pul-kredit münasibətləri elə iqtisadi vəziyyət yaradıb ki, ölkədə gündəlik güzəranının qayığısını çəkənlərdən tutmuş oliqarxlara qədər olan müxtəlif gəlirli qruplar pul axtarmaq məcburiyyətində qalıb. Bəs görəsən nədən pullar birdən-birə azalmağa başladı? 
Müqayisəli hesablamalara görə, ölkədə ötən ilki məbləğdə Ümumi Daxili Məhsul (ÜDM) formalaşmır. Mərkəzi Bankın oktyabrın 1-ə olan son statistikasında Azərbaycanda 40,7 milyard manat, yəni ötən ilin eyni dövründən 3,5 milyard manat az ÜDM istehsal olunub. Əgər ÜDM nominal ifadə də azalıbsa, deməli əksər makroiqtisadi göstəricilər, o sıradan da dövlətin və istehlakçıların xərcləmələri, sərmayə yatırımları, ixrac gəlirləri də kiçilib. Atran isə gündən günə bahalaşan qiymətlər, aybaay çoxalan idxal malları və ixtisaslılar arasında geniş yayılan işsizlikdir. Qiymətləndirmələr göstərir ki, bütün bu dəyişikliklər pul qıtığına gətirib çıxarsa da əsas səbəblər siyahısında önəmli yerdə qərarlaşmırlar. Çünki, həm dövlət və həm də biznes olaraq əvvəlki illərdən az qazanıb, çox xərclənsə də pullar yenə bu səviyyədə “qeybə çəkilməli” deyildi. Bəs onda əsas səbəblər hansılardır?
Fikrimizcə başlıca səbəb manata olan etibarın itməsidir. Ona görə də sahibkarlar və istehlakçılar manatla yalnız cari xərlərini ödəyəcək qədər əməliyyatlar üçün vəsait saxlayırlar. Nəticədə də hər iki qrupa məxsus kapital dollarlaşır və ən pisi də odur ki, onun bir hissəsi banklardan kənarda saxlanılır. Müşahidəkər göstərir ki, valyutada olan iri pullar ölkədən çıxarılır, xırda “qara günlər” üçün nəzərdə tutulan pullar isə seyflərdə saxlanılır. Belə ki, tədiyyə balansının təhlilindən məlum olur ki, ölkədən kapital axını kəskin artıb, bu ilin ilk 6 ayında Azərbaycandan kənara 4,5 milyard dollardan çox vəsait çıxarılıb. Bunun da səbəbi odur ki, kiçik və orta ölçüdə xaric investorlar Azərbaycandan qaçır, iriləri isə hazırlıqlar görür. İkinci səbəb iqtisadiyyatın dollarlaşmasıdır. Cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, banklarda olan bütün əmanətlərin 75,4 faizi dollarladır. Başqa bir səbəb də kommersiya banklarının xarici öhdəlikləri ilə bağlıdır. Hazırda qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan bankalrın xarici borclarının məbləği 6,3 milyard manat təşkil edir. Belə olan halda xaricə borcları olan banklar da kreditorlar qarşısında öhdəliklərini ödəmək üçün dollar toplamağa məhkumdur. Deməli, hər üç səbəbdən dollara tələbat artmaqdadır. Mərkəzi Bank da bu tələbatı ödəmək üçün illərlə yığdığı valyutanı səxavətlə xərcləyərək aldığı manatları kisələrdə anbarlara doldurur. Beləliklə də bir tərəfdən valyuta ehtiyatları bu ilin əvvəlinə olan 11,76 milyarddan 6,51 milyard dollaradək, başqa sözlə 44,7 faizə qədər, digər tərəfdən də geniş mənada pul kütləsi, ən çoxu da M2 pul aqreqatı (manatla olan pul kütləsi) aybaay azalır. Belə ki, bu ilin oktyabrın 1-ə, M2 pul aqreqatı 9,37 milyard manat olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 8 milyard manat və ya 46,3 faiz kiçilib. Bu isə o deməkdir ki, dövriyyədə manatla olan pul kütləsinin hər ay orta hesabla 1 milyardı anbarlara və sandıqlara gedir". 
İqtisadçı alim daha sonra qeyd edir ki, yaranmış pul qıtlığının bir səbəbi də qiymətlərin bahalaşmasına görə ailə büdcəsinin xərclərinin artması ilə yanaşı ev təsərrüfatlarına verilən kreditlərin azalmasıdır: "Bu ilin əvvəli ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat azalıb. Çox güman ki, bu kreditlərin də çoxu əvvəlki borcların bağlanması üçün bir bankdan digərinə transfer olub. Bunun isə real iqtisadiyyatla heç bir əlaqəsi yoxdur. 
Yəqin indi başa düşdünüz ki, nədən evini icarəyə verən kirayəşin, mağaza işlədən alıcı, taksı sürən sərnişin tapa bilmir, bəziləri saatlarla, bəziləri də günlərlə müştəri gözləyir. 
Nəhayət, neyləmək olar ki, pullar geriyə, dövriyyəyə qayitsın? Bunun üçün dövlətin iqtisadi siyasəti ölkənin gələcəyinə inamın üzərində qurulmalıdır. Odur ki, ilk növbədə manat real və sabit məzənnəli valyuta kimi real dəyərə və məzənnəyə malik olmalıdır. Bu isə onun dəyərinin üzən məzənnə rejimində bazar tərəfindən tənzimlənməsi şəraitində mümkündür. Çox güman ki, bu halda onun dəyəri hazırkı məzənnəsi ilə müqayisədə aşağı olacaq, amma belə olanda biznes də, istehlakçı da ona hansı səviyyədə etibar edəcəyini müəyyənləşdirə biləcək. Bu isə etibarın heç olmamasından daha yaxşıdır. Eyni zamanda bu halda etibarsız manatın sabitliyini müvəqqəti qorumaq üçün sürətlə və havayı xərclənən valyuta ehtiyatları da ölkə iqtisadiyyatına fayda verəcək fəaliyyətlərə yönələ bilər. İkincisi, yerli sahibkarlar və xarici investorlar üçün bərabər və təminatlı, təhlükəsiz və rəqabətli mühit formalaşdırılmaldır. Belə mühiti isə inhisarçılıqla mübarizə ilə yanaşı, azad ticarət və liberal iqtisadiyyat qaydalarının bərqərar olması və maliyyə amnitsiyası vasitəsilə mümkündür. Nəhayət, ölkədə gizli iqtisadiyyatın səviyyəsi düzgün ölçülməli və leqallaşdırılması, dəyərindən asılı olmayaraq bütün növ nagd ödənişlərin rəsmiləşdirilməsi stimullaşdırılmaldır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam