Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qarabağı bizdən alan erməni əlcəyinin içindəki rus caynaqları deyilmi?”

 

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu son zamanlar Azəarbaycan rəsmilərinin, rəsmi və iqtidaryönümlü mediasının ABŞ-a qarşı ittihamediçi çıxışlarına münasibət bildirib.
"Xeberinfo.com":  Məlumata görə, Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, son günlərdə ABŞ-a qarşı Azərbaycanın idarəolunan mətbuatının fasiləsiz olaraq tirajladığı yalan dolu yazıların məntiqini başa düşə bilmir. Çünki normal məntiqlə onu anlamaq o qədər də asan deyil: “Ona görə ki, birincisi, Azərbaycan kimi yeni suveren dövlətlərin müstəqillik əldə etməsində və bu vacib dəyərin bu günə kimi qorunub saxlanılmasında ABŞ-ın əvəzsiz rolu olub. İkincisi, ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını dəfələrlə bildirib. Hətta, bu günlərdə də ABŞ Dövlət Departamenti mayın 3-də qondarma Qarabag Respublikasında keçiriləcək seçkilərin nəticələrini qəbul etməyəcəyini də bəyan etdi.Nəhayət, ABŞ-da gücü yəhudi lobbisindən çox da az olmayan erməni diasporunun davamlı təzyiqlərinə baxmayaraq uydurma “soyqırım” ABŞ Senatının gündəliyinə belə daxil edilmədi. Ən başlıcası isə indiki şəraitdə ABŞ kimi fövqəl qüvvəni inkar edən Azərbaycan yerləşdiyi bölgədə geosiyasi vəziyyətin gərginləşdiyi və Rusiyanın təzyiqlərinin artdığı bir zamanda ikiqütblü xarici siyasətini necə və nə ilə balanslaşdıracağı xeyli suallar doğurur”.

Onun fikrincə, Azərbaycanı regionda fərqləndirən tarazlı xarici siyasətinin bir qütbündə ABŞ dayanmasaydı, yəqin ki, Rusiya Azərbaycanı çoxdan özünküləşdirmişdi.“Məgər, Qarabağı bizdən alan erməni əlcəyinin içindəki rus caynaqları deyilmi? Hazırda dəyişən bir qütblü siyasətin istənilən fəsadları ilə qarşılaşa bilərik. Odur ki, gərək çox diqqətli olaq”, o qeyd edir (“Amerikanın səsi”).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam