Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Oliqarxlarla da haqq hesab çəkilən zaman yetişdi”

 

“Ağlamaq növbəsi varlılara da çatdı…”

İqtisadçı alim Qubad İbadoğlu Bakıda həyata keçirilən oliqarx həbslərinə maraqlı münasibət bildirib.

"Xeberinfo.com":   Musavat.com xəbər verir ki, Q. İbadoğlu bu barədə özünün Facebookdakı səhifəsində aşağıdakıları yazıb: “Bu günlərdə məşhur bir filmdə (“Богатые тоже плачут”) olduğu kimi, ağlamaq növbəsi varlılara çatdı. Oliqarxlarla da haqq hesab çəkilən zaman yetişdi. Əslində siyasi termin olan “oliqarx” dedikdə iqtisadi mənada zəngin insan, tuz sahibkar, əli pulla oynayan iş adamı, maliyyə kralı, maqnat, plutokrat, burjua başa düşülür. Azərbaycanda sadalanan qruplardan hər birinə uyğun gələn milli oliqarx tapmaq olar.
Onların varlanmasının əsas səbəbi öz qazancları deyil, kredit vəsaitləri olduğunu nəzərə alanda, haqlı sual ortalığa çıxır. Görəsən, 7-8 min manat kredit almaq üçün kiçik və orta sahibkarlardan biznes plan, kredit məbləğinin 2 qatından çox girov əmlakı tələb eləyən banklar hansı maraqla mənasız bir layihəyə girovsuz və təminatsız 78 milyon manat vəsait ayırıblar? Təəssüf ki, belə hallar yalnız ölkə daxili deyil, həmçinin xarici biznes ortaqları ilə ölkə hüdudlarından kənarda birgə maliyyələşən layihələrdə də qeydə alınıb. Onların hər birinin maliyyələşməsi kiçik-orta sahibkarların və sadə vətəndaşların yüksək faizlərlə qaytardığı borclar və dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib.
Hazırda ictimaiyyətə məlum olanlar son illərdə baş verənlərin cüzi bir hissəsidir. Ardı və davamı olarsa, onda hələ çox təəccüblənəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam