Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Borcunuz yoxdursa ölkə əhalisinin 38 faizindən varlısınız"

Qubad İbadoğlu: Borcunuz yoxdursa ölkə əhalisinin 38 faizindən varlısınız

 

 

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, Azərbaycanda hər 3 adamdan ən azı birinin banklar qarşısında borc öhdəliyi var.
Xeberinfo.com:   Məlumata görə, bu barədə feysbuk sosial şəbəkəsində status yazan iqtisadçı alim qeyd edib ki, əgər bu günə qədər banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa deməli siz ölkə əhalisinin 38 faizindən varlısınız: "Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-ə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi vardır. Müqayisə üçün qeyd edək ki, son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artıb. MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam