Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Söhbət yumşaq və ya kəskin devalvasiyadan gedə bilər”

 

“Yeni bir devalvasiya qaçılmazdır”
"Xeberinfo.com":   Məlumata görə, son aylar ictimai rəydə ən çox narahatlıq doğuran məsələlərdən biri də manatın növbəti dəfə devalvasiaya məruz qalacağı ilə bağlı yayılan xəbərlərdir. Belə ki, manatın birinci devalvasiyasından hələ də özünə gəlməyən və baş verənlərin psixoloji şokundan qurtulmaqda çətinlik çəkən sadə vətəndaşlar, ikinci bir devalvasiyanın onların əsgəri büdcə hesabına formalaşan yaşamlarını tamamilə alt-üst edəcəyindən ehtiyatlanır.

Maraqlıdır, manatın növbəti devalvasiya təhlükəsi ilə bağlı deyilənlər nə dərəcədə realdır? Manatın növbəti devalvasiyası ölkə iqtisadiyatına nə vəd edir? Onu önləmək mümkündürmü?

Məsələ ilə bağl Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən tanınmış iqtisadçı-ekspert Samir Əliyev manatın növbəti devalvasiya ehtimalının hər zaman var olduğuna diqqət çəkdi:

 “Manatın birinci dəfə devalvasiyası uzun  müddət gündəmdə olub. Əslində bu məsələ heç vaxt gündəmdən çıxmayıb. Sadəcə olaraq, müəyyən dövrlər olub ki, devalvasiyann baş vermə ehtimalı artıb. Yadınızdadırsa, avqust ayında Qazaxıstanda develvasiyadan sonra Azərbaycanda da devalvasiya ehtimalı artdı. Bir həftə-10 gün gərginlik müşahidə edildi. Lakin elə dövr də olur ki, həmin dövrdə manatın develvasiya ehtimalı azalıq. Yəni bu ehtimal minimuma enir. Yay aylarında neftin qiyəti 60 dollara yaxınlaşırdı. Bu zaman devalvasiya ehtimalı azalırdı. Neftin qiyməti bir qədər də qalxsaydı, devalvasiya ehtimalı bir qədər də azalardı. Neftin qiymətindən asılı olraq manatın devalvasiya ehtimalı da dəyişir. Amma heç vaxt bu məsələ tam olaraq gündəmdən çıxmır. Bu gün də bu məsələ gündəmdədir. Baxmayaraq ki, son günlər neftin qiymətində müəyyən artım var. Lakin ümumilikdə neftin qiyməti aşağıdır. Bu isə o deməkdir ki, əvvəl-axır manatın devalvasiyası qaçılmaz olacaq”.

S.Əliyevin sözlərinə görə, Azərbaycanın ticarət balansının təhlili də devalvasiya təhlükəsinin mövcudluğundan xəbər verir:

“Ticarət balansımıza nəzər salsaq görərik ki, oradakı vəziyyəti də qənaətbəxş hesab etmək olmaz. 6 ayın nəticəsinə diqqət yetirsək görərik ki, burada da azalmalar var. Ticarət balansının təhlili də göstərir ki, ölkəyə gələn dollarlar həddindən artıq azalır. Ölkədən çıxan dollar isə çoxalır. Ticarət balansının təhlili göstərir ki, ölkədən kapital axını çoxalır. Bu, devalvasiya üçün ikinci böyük təhlükədir”.

Ekspertin fikrincə, başqa ölkələrdə valyutaların ucuzlaşması da Azərbaycanda devalvasiya riskini artıran amildir:

“Digər amil başqa ölkələrdə iri valyutaların ucuzlaşmasıdır. Iri ölkələrdə valyutaların ucuzlaşması manat üçün təhlükə yaradır. Proseslər onu göstərir ki, manat əvvəl-axır devalvasiyaya gedəcək. Burada yalnız devalvasiyanın forması müzakirə mövzusu ola bilər. Yəni  yumşaq, yoxsa kəskin devalvasiya məsələsi müzakirə edilməldiir. Bu, hökumətin qərarından asılı olan bir addımdır. Yumşaq devalvasiya olarsa, yəni manat tədricən ucuzlaşarsa, kəskin devalvasiyann baş vermə ehtimalı azalar. Yox, əgər yumşaq devalvasiya baş verməzsə, bu, sonda kəskin devalvasiyanın baş verməsini mütləq edəcək. Istənilən halda devalvasiyanın baş verəcəyini güman edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam