Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Yumşaq devalvasiya olsa, 1 dollar 1,5-2 manata çatacaq”

 

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat” qəzetinə müsahibəsində son günlər manat ətrafında yaranan ajiotajla bağlı müsahibə verib.

"Xeberinfo.com":  Məlumata görə, Millət vəkili müsahibəsində bildirib ki, ikinci devalvasiya ajiotajının yaranacağı ilə bağlı cəmiyyətdə narahatlıq var: “Elə bizim özümüzdə də narahatlıq var. 21 fevral devalvasiyasından sonra Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin bizə verdiyi rəsmi məlumat oldu. Komitə iclasında biz onu təsdiq edəndə müəyyən suallar vermişdik. Bir sual da bu idi. Dedi ki, keçən son vaxtlar biz manatı stabil saxlamaq üçün 1 milyard dollar xərcləmişdik. Biz aprelin əvvəlində onu təsdiqlədik. İndi də manatı həmin səviyyədə saxlamaq üçün təxminən 600-700 milyon vəsait xərcləyirlər. Yəni manat öz həqiqi, real yerini gəlib almayıb”.

Onun sözlərinə görə manatın real qiyməti neftin qiymətindən asılıdır: “Ümumiyyətlə, manatın devalvasiyası getmədi, əslində bu, neftin devalvasiyası idi. Çünki manat birbaşa neftlə əlaqədardır. Neftin qiyməti qalxacaqsa, manatın da qiyməti qalxacaq, neftin qiyməti düşəcəksə, manatın da qiyməti düşəcək. Çünki bizim ixracımızın 93 faizi neft məhsullarıdır, yalnız 7-8 faizi qeyri-neft məhsullarıdır. Neft nə qədər çox ixrac olunarsa, Azərbaycana dollar bir o qədər çox gələr. Ona görə də bu, labüd haldır.

Amma burda bəzi məsələlər var. Devalvasiya prosesi Azərbaycanda çoxdan getməliydi. Bizim hesablamamıza görə, əgər neftin qiyməti bu səviyyədə saxlanacaqsa - hardasa 55-60 dollar səviyyəsində - əlbəttə, devalvasiya gedəcək. Bayaq dediyim kimi, devalvasiyanın iki variantı var: yumşaq və sərt. Yumşaq devalvasiya aparsalar, hardasa ilin axırına, gələn ilin ortalarına qədər manat gəlib öz dəyərini ala bilər. Yəni təxminən 1 dollar 1,5-2 manat səviyyəsinə kimi gəlib çata bilər. Yox, sərt devalvasiyaya gedilsə, bu, çox ciddi rezonansa səbəb ola bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam