Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Manatın növbəti devalvasiyası: 1 dollar=1 manat 20 qəpik olacaq

 

Ötən ilin fevralında manatın məzənnəsində baş verən devalvasiyadan sonra prosesin təkrar olunacağı barədə söz-söhbət bu günə kimi səngimir.

"Xeberinfo.com":   İqtisadçılar növbəti devalvasiya dalğasını qaçılmaz hesab edirlər.

Hətta Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmovun parlamentdəki büdcə müzakirələrində səsləndirdiyi fikirlər ümidləri bir qədər də pessimistləşdirdi.

Mərkəzi Bank sədri çıxışında bildirdi ki, 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar olubsa, 2015-ci ilin sonunda bu rəqəm 2 milyard dollar proqnozlaşdırılır. 

Mövcud situasiya Mərkəzi Bankdan daha operativ və çevik qərarlar qəbul etməyi, strategiyasına və pul-kredit siyasətinə yenidən göz atmağı tələb edir. Dollara olan ajiotajlı tələb və neftin qiymətinin ucuzlaşmasından qaynaqlanan iqtisadi təzyiq vasitələrinin getdikcə aktivləşməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasına gətirib çıxarmaqdadır.

Odur ki, manatın növbəti - ikinci devalvasiya dalğası qaçılmazdır. 21 fevral 2014-cü il devalvasiyasından sonra manatın qiymətdən düşməsi, dəyərini və etibarını itirməsi növbəti dəfə gözlənilir.

Modern.az saytına hökumətdəki mənbələrdən daxil olan məlumatda qeyd olunur ki, manatın hazırkı məzənnəsi çox uzun müddət qorunub saxlana bilməyəcək. Bildirilir ki, rəsmilər stabilliyi parlament seçkilərinə qədər tənzimləməyə çalışsa da, növbəti devalvasiya qaçılmaz olacaq.

Ətraf ölkələrdə və bütün dünyada baş verən iqtisadi proseslərdən dolayı yaşanan bu olayların Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil.

Və proqnozlara görə, noyabrın ilk yarısında  manat dollar qaşısında dayanıqlığını itirərək 1 dollar = 1manat 20 qəpik olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam