Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Maliyyə ombudsmanı institutu mütləq yaradılmalıdır”

 

“Azərbaycan Banklar Assosiasiyasının yeni sədri mətbuata açıqlamasında maliyyə ombudsmanı institutunun yaradılmasının vacibliyini bildirib. Assosasiya tərəfindən belə təşəbbüsün olması müsbət haldır”.

"Xeberinfo.com":    Məlumata görə, iqtisadçı Samir Əliyev məsələyə münasibət bildirərkən bu fikirləri səsləndirib.

Onun fikrincə, son dövrlər əhali ilə banklar arasında yaranan narazılıq belə institutun aktuallığını daha da artırır: “Bəzən əks arqument gətirilir ki, maliyyə ombudsmanının yaradılması problemi həll etməyəcək. Nümunə kimi insan haqları üzrə ombudsman institutunun səmərəsiz fəaliyyəti göstərilir. İrad haqlı, narahatlıq isə başa düşüləndir. Ancaq gəlin, məsələnin başqa tərəfinə baxaq.

Bu gün əsas problem hüquqları pozulan insanların müraciət edə biləcəkləri ünvanın olmamasıdır. Müştərilər kimə üz tutmaq lazım olduğunu bilmirlər. Banklara müraciət edirlər, əlbəttə, banklar maraqlı tərəf olduğundan obyektiv qərar çıxarmır. Məhkəmə vasitəsilə problemi həll etmək isə əlavə vəsait tələb etməklə yanaşı, çox uzun və üzücü prosesdir. Onu da nəzərə alaq ki, maliyyə savadı olmayan müştəri bank hüquqşünası qarşısında haqlı olduğunu sübut edə biləcəkmi?”

Ekspert deyir ki, müvafiq institutlar olmadan zəruri mexanizmləri qura bilmərik və nəticədə olmayacaq: “Əvvəl institutları qurub sonra onların işləməsinə səy göstərməliyik. Razılaşın ki, ən pis işləyən belə institutun olması onun olmamasından yaxşıdır. Ən azı cəmiyyətin müqaviməti qarşısında hansısa addımlar atılır.

Digər tərəfdən, insan haqları üzrə ombudsman institutundan fərqli olaraq maliyyə ombudsmanı proseslərə siyasi qiymət vermir. Bu isə Azərbaycan reallığında əsas meyardır”.

Samir Əliyev qeyd edib ki, maliyyə ombudsmanının yaradılması heç də bankların əleyhinə yönəldilən bir aksiya deyil: “Hətta banklar bu məsələdə maraqlı olmalıdır. Çünki məsələnin məhkəməyə qədər uzanmasında bəlkə də müştəridən çox banklar maraqlı görünmür. Əlavə xərclər, vaxt itkisi və əlavə işçinin prosesə qoşulması banklar üçün əlverişli deyil. Ona görə banklar problemin tez həllində maraqlı olurlar. Təsadüfi deyil ki, Rusiyada ombudsman institutu məhz Banklar Assosiasiyası tərəfindən yaradılıb. Maliyyə ombudsmanı institutunun yaradılması banklara da problemi qısa müddətdə həll etmək şansı verəcək. 
Nəhayət, proses institutun yaradılması ilə yekunlaşmamalıdır. Bir çox ölkələrdə olduğu kimi “İstehlak kreditləri haqqında” qanun qəbul edilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam