Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Bəzi banklar birləşməlidir"

''Bəzi banklar birləşməlidir'' - Qubad İbadoğlu

 

 

Tanınmış iqtisadçı Qubad İbadoğlu ölkədə 4 bankın bağlanmasına dair fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb.
Xeberinfo.com:    İqtisadçının fikirlərini oxuculara təqdim edirik:
 
"Qafqaz Universiteti, ANS Televeziya kanalı, "Zaman" qəzetindən sonra bağlanmaq növbəsi banklara çatdı. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarını ləğv etdi. 
 
Bu qərarın çoxlu səbəbləri sadalansa da başlıca səbəbi pis idarə olunan bir sıra bankların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsi səbəbindən defolt vəziyyətinə düşməsidir. Bu qərardan sonrakı vəziyyətə gəlincə, 4 bankın bağlanması ilə maliyyə sistemində işlərin yoluna düşəcəyi, banklara və manata olan etimadın artacağı ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının adından açıqlanan fikirləri də bölüşmürəm. Çünki, bankları bundan sonra daha ciddi sınaqar gözləyir. Onların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznesin və ev təsərrüfatlarının durumundan asılıdır ki, bu da yaxın dövrlər üçün həlli mümkün olan məsələlərdən sayıla bilməz. Çünki, islahatların ləngiməsinə görə, milli iqtisadiyyatda geriləmələr genişlənməklə yanaşı həm də sürətlənir.
Hesab edirəm ki, bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısı hesab oluna bilər. Onun ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusiilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamlar, qaynar xətlərin yaradlmasını tələb edir. Əks təqdirdə banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çox çətin olacaq.
Fikrimcə, bankların kapitalının təmərküzləşməsi və onların konsolidaliyası davam etməlidir. Bu isə hələ bir neçə bankların birləşməsi və bağlanmasını zəruri edəcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam