Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dolların satışı nədən dayandırılıb?

 

“Mərkəzi Bank bir çox banklara məktub göndərib ki, fevralın 21, 22, 23-ü dolların kursu eyni səviyyədə olacaq. Bu, indi fevralın 23-dən sonra hər hansı bir dəyişikliyin olacağına dair müəyyən suallar doğurub”. 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli hazırda paytaxtda bəzi banklarda dolların satışının dayandırılmasına münasibət bildirərkən deyib.
İqtisadçının sözlərinə görə, ola bilsin, banklarda bu tarixdən sonra MB tərəfindən yeni bir qərarın olacağına dair gözlənti mövqeyi formalaşıb:
“Maraqlıdır ki, MB hər zaman kursu gündəlik elan edirdi. Ancaq indi 3 günlük elan edib. Buna görə də sonradan hansı proseslərin olacağı qaranlıq qalır. Görünür, həm əhali, həm banklar qərarda müəyyən korreksiyanın olacağını düşünür. Cənab prezidentin məsələyə müdaxilə etməsi mümkün variantlardan biridir. Banklar və əhali indi bəzi prosesləri qabaqcadan önləmək üçün bu cür gözləmə mövqeyi tutur. Əsas problem dünyanın bütün ölkələrində valyuta ilə bağlı proqnozların, gözləntilərin və şayiələrin çox olması ilə bağlıdır.
Azərbaycanda da çox təəssüf ki, belə bir situasiya yaranıb, əhali təşviş içindədir. Buna görə də həm əhali, həm də banklar hazırda gözləmə mövqeyi tutur. Çünki əhalidə qərarda dəyişikliyin olacağına dair bir narahatçılıq var. Banklarda hazırda dolların alış-satışının dayandırılmasının əsas səbəbi bundan ibarət ola bilər. Bunun başqa məntiqli bir izah təsəvvür eləmirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam