Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“İndi banklar yavaş-yavaş batacaq”

 

“İlk gündən belə qərar çıxacağını gözləyirdim”. 

"Xeberinfo.com":  Ekspert Natiq Cəfərli Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı çıxardığı qərarla bağlı musavat.com-a belə deyib. Onun sözlərinə görə, qərardan bütün hallarda banklar da zərər çəkəcək: “Problem ondadır ki, hər hansı bir qərar olsaydı, banklar ziyan görəcəkdi. İndi banklar yavaş-yavaş batacaq. Qərar əhalinin xeyrinə olsaydı, banklar birdən batacaqdı”.
Ekspertin sözlərinə görə, əhalinin xeyrinə qərar çıxarılardısa, bank sektoru ciddi stresə girəcəkdi: “Böyük müflisləşmə dalğası yarana, onlarla bank sıradan çıxa bilərdi. Bu da əhali arasında panika yaradacaqdı. Çünki həmin maliyyə qurumlarına qoyulan əmanətlərlə bağlı problemlər meydana çıxa bilərdi. Eyni zamanda, bankların borcları məsələsi gündəmə gələcəkdi”.
N.Cəfərlinin sözlərinə görə, indiki halda, əhalinin dollarla kreditlərində problemlər yaranması gözləniləndir: “Son aylar artıq rəsmən problemli kreditlərin artdığını etiraf edirlər.Vaxtı keçmiş kreditlərin həcmi 1,2 milyard manata çatıb və bunun həcmi sürətlə artır. Bankların xeyrinə qərar da onları stressdən xilas edə bilməyəcək. Çünki əhalinin banklara kreditləri geri qaytarması sürəti aşağı düşəcək”.
Onun sözlərinə görə, bank sektoru olduqca həssas bir dönəmdədir: “Rusiya və Qazaxıstanda da kəskin devalvasiya oldu. Lakin bu ölkələrdə dollarla götürülən kreditlərin qaytarılmasında müəyyən güzəştlər oldu. Böyük tərkibdən ibarət komissiya yaradıldı.Nəhayət qərara alındı ki, əhali və banklar arasında zərərlər bərabər bölüşdürülsün. Bizdə hər iki istiqamətdə çıxarılacaq qərarın bank sektorunda çətinliklər yaşadacağı bəllidir. Hökumət problem dərinləşəndən sonra hər hansı bir addım atmağa məcbur olacaqsa, o zaman bu, daha baha başa gələcək”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı mühüm məsələdə bankların tərəfini tutaraq qərar verib. Qərara görə, vətəndaşlar dollarla götürülən kredit borcunu devalvasiyadan sonrakı nisbətlə ödəməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam